Mən və mənə ağıl öyrədən babam Featured

Sərtyel,

“Ədəbiyyat və incəsənət” portalının Gülüş klubu üzrə növbətçisi

 

“Gülüş klubu”nun devizi dəyişməz olaraq qalır: “Hərdən güldürürük, hərdən də düşündürürük”.

Bu gün menyuda olmuş hadisə də var, lətifə də, hələ üstəlik, viktorina da.

 

Viktorina

-Növbəti sual. Mamedov Alxas cavab verəcək. Alxas, sən metroda oturmusan. Başının üstündə dörd nəfər dayanıb. Qoca qarı. Hamilə qadın. Ayağı gipsdə olan kişi. Bir də qucağı körpə uşaqlı ana. Sən durub onlardan hansına yer versən, düzgün etmiş olarsan?

-Heç birinə. Birinə yer verib üçünü ayaq üstə saxlasam incimək, küsmək söhbəti ola bilər.

 

Olmuş hadisə

Bir dəfə aqillər aqili kimi tanınan babam mənə dedi:

-Heç kimi dinləyib heç kimə də inanma.

Sonra o yenə bir şeylər danışdı.

Amma mən daha onu nə dinləyir, nə də ona inanırdım...

 

Lətifə

Qadın ərini səsləyir:

-Ay kişi, Ələmdar, apar zibili at.

Kişi deyir:

-Yox e, işim gücüm var.

Belədə qadın deyir:

-Onda gəl yeməyini ye.

Kişi təəccübünü gizlətmir:

-Qəribədir. Haçan sən mənə deyirsən, apar zibili at, aparmıram, dərhal da mənə yemək yedirdirsən

Qadın öz-özünə deyir:

-Görəsən bu zibili aparıb atmayanda mən gözümə soxmalıyam ki?

 

“Ədəbiyyat və incəsənət”

(21.08.2026)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.