Gülüş klubunda Leninn büstü Featured

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

 

Sizə Sovet dönəmlərinin bir məşhur lətifəsini danışacam. Hərçənd, onun real həvalat olmasını nəql edənlər də az deyil.

 

Demək, bir yəhudi İsrailə köçmə icazəsini alır. Çıxışda ruslar bunun baqajını yoxlayarkən paltarların arasındakı Leninin büstünü tapırlar:

- Bu nədir?

Yəhudi:

- "Bu nədir"? sualı səhvdir, yoldaş! "Bu kimdir"? deməniz lazım idi! Bu Lenindir, sosializmin təməlini quran, sovet xalqına yaxşılıqlar edəndir. Mən də bunu bərəkətli günlərin xatirəsi olaraq özümlə götürdüm.

Təsirlənmiş rus məmuru:

- Yaxşı, keçə bilərsiniz!, - deyir.

Tel-Əviv hava limanında gömrük məmuru büstü görür və soruşur:

- Bu nədir?

Yəhudi:

- "Bu nədir"? sualı səhvdir! "Bu kimdir"? deməniz lazım idi! Bu Lenindir. Bu dəli caninin əlindən o boyda SSRİ-ni tərk etmək məcburiyyətində qaldım! Özümlə götürdüm ki, hər gün ona baxıb lənət oxuyum!, - deyir.

Təsirlənmiş İsrailli məmur başını tərpədir:

- Yaxşı, keçə bilərsiniz!

Yəhudi evinə gəlir, büstü bufetin üstünə qoyur, gəlişi münasibətilə də qohumlarını dəvət edir.

Qonaqlardan biri soruşur:

- Bu kimdir?

Yəhudi:

- "Bu kimdir"? sualı səhvdir, quzum! "Bu nədir"? demək lazım idi! Bu 10 kiloqram, iyirmi dörd əyar qızıldır, vergisiz, gömrüksüz, üstəlik ƏDV-siz!

 

“Ədəbiyyat və incəsənət”

(30.06.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.