Həftənin beynəlxalq lətifələri Featured

 

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

İNGİLİS LƏTİFƏSİ

Söruşacaqsınız, Britaniya niyə Avropa İttifaqından çıxdı? Cavabı sadədir.

Pifaqorun teoremi – 24 sözdür;

Arximedin qanunu – 67 sözdür;

Müqəddəs on tövsiyyə - 179 sözdür;

ABŞ-ın müstəqillik deklorasiyası – 1300 sözdür;

Avropa İttifaqının kələm satışı üzrə qaydaları isə – 26911 sözdür.

Çıxmayıb neyniyəydi?

 

ÖZBƏK LƏTİFƏSİ

-Sən Daşkənddə neynəyirsən?

-Qeyri maddi mədəniyyət abidəsini məhv edirəm.

-Başa düşmədim.

-Plov yeyirəm yəni.

 

QAZAX LƏTİFƏSİ

Qazaxıstanda şahmatda qələbə şahı mat etmək deyil, qələbə rəqibin hər iki atını vura bilməkdir.

 

MİSİR LƏTİFƏSİ

İskəndəriyyə şəhəri yaxınlığında qazıntı zamanı faraon II Ramzesin bürünc qalxanını tapıblar. Çin istehsalıdır.

 

ERMƏNİ LƏTİFƏSİ

Ər və arvad küçə ilə kedirlər.

Bir başqa kişi üzbəüz gəlir, papağını çıxarıb təzim edir.

Ər deyir:

-Çox mədəni insandır. Necə gözəl tərzdə salamlaşdı.

Arvad ağzını büzür:

-Fu, nəyi mədənidir? Yatanda elə pis xoruldayır ki.

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.