“Maraqlı söhbətlər”də Nizami Süleymanov və kənd mollası Featured

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Rəhmətlik Akademik Nizami Süleymanov bir gün dostu ilə cənub rayonlarının birində qonaq olur. Qonaq qaldıqları ev kənd mollasının evi imiş. Qonaqlarla söhbət vaxtı birdən mollanın telefonuna zəng gəlir, danışıb sağollaşdıqdan sonra molla cibindən açılıb-bağlanan cib bıçağını çıxarır, ağzına yaxınlaşdırıb bir xeyli nəsə pıçıldayır, sonra bıçağı bağlayıb qoyur cibinə. Bütün bunları diqqətlə izləyən Nizami Süleymanov molladan açıqlama istəyir. Molla deyir:

- Zəng edən çoban idi, qoyunlarını yaylağa aparır, xahiş etdi ki, dua oxuyum, canavarların "ağzını qıfıllayım", sürüyə hücum etməsinlər. Mən də duanı bu bıçağa oxuyub canavarları bir günlük tilsimlədim, sabah yenidən dua oxuyub bıçağı açacam ki, canavarlar ac qalmasın.

Maraqla qulaq asan Nizami bəy sual verir:

- Bəs çobanın itləri yoxdu, sürünü qorumaq üçün?

Molla təsdiqləyir:

- Var, əlbəttə var, düz səkkiz dənə iti var.

Belədə Nizami bəy özünəməxsus şəkildə deyir:

- O çobanın ağlı yoxdu, səkkiz it saxlayınca, bir dənə molla tutub saxlasın, bir canavar da sürüyə yaxın durmasın, qoyunların da canı rahat olsun, çobanın özünün də, üstəlik, ay molla, sənin də.

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.