Sərtyel, “Ədəbiyyat və incəsənət”
Efiopiyalı atlet Abebe Bikila1960-cı ildə Romada keçirilən Yay Olimpiya Oyunlarında marafon qaçışında qızıl medal qazandı və bu nəticə ilə Afrika qitəsindən Olimpiya çempionu olan ilk idmançı oldu,
Bikila marafonu 2 saat 15 dəqiqə 16 saniyəyə qaçaraq həm də yeni Olimpiya rekordu qoydu.
Sonralar, 1964 Tokio Olimpiadasında da marafonda ikinci dəfə çempion oldu — bu, tarixdə ilk dəfə idi ki, bir idmançı marafon üzrə ard-arda iki dəfə Olimpiya qızılı qazanırdı.
İndi isə mətləbə keçirəm.
Roma Olimpiya Oyunlarına Adidas şirkəti sponsorluq edirdi. Ona görə bütün idmançılar bu markanın ayaqqabılarını geyinməli idilər.
Ayaqqabılardan heç biri ayaq ölşüsü 46 olan Abebe Bikilanın ayağına olmur. Buna görə Bikila marafonda çarəsiz qalıb ayaqyalın qaçır. Və, həm çempion olur, həm rekordu qüırır.
Onun yalın ayaqla qalib olması Adidasa böyük zərbə vurur. Çünki Bikila Adidasın ayaqqabısını geyən 68 idmançıya qalib gəlmişdi.
Bax belə.
“Ədəbiyyat və incəsənət”
(24.09.2025)