17 unitazlı oliqarx Featured

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

 

TÜRKLƏRİN LƏTİFƏLƏRİ

1

-Sən Daşkənddə neynəyirsən?

-Qeyri maddi mədəniyyət abidəsini məhv edirəm.

-Başa düşmədim.

-Plov yeyirəm yəni.

2.

Qazaxıstanda şahmatda qələbə şahı mat etmək deyil, qələbə rəqibin hər iki atını vura bilməkdir.

 

 

BİZİM OLİQARX BARƏDƏ

 

Usta oliqarxa deyir:

-Sənin villanda 17 qızıl unitaz var. Təklif edirəm ki, onları platinlə əvəzləyək.

-Niyə?

-Həm bu daha stillidir, həm də vergi işçisinin gözünə girməzlər.

 

 

ERMƏNİ LƏTİFƏSİ

 

Ər və arvad küçə ilə kedirlər.

Bir başqa kişi üzbəüz gəlir, papağını çıxarıb təzim edir.

Ər deyir:

-Çox mədəni insandır. Necə gözəl tərzdə salamlaşdı. 

Arvad ağzını büzür:

-Fu, nəyi mədənidir? Yatanda elə pis xoruldayır ki. 

 

 

ÇƏTİN SUAL

-Azərbaycanda təhsilin vəziyyəti nə zaman düzələcək?

-O zaman ki, professor dərsə “Qallinvagenlə” gələcək, tələbə avtobusla. Yoxsa ki, indi əksinədir. 

 

@sərtyel

 

“Ədəbiyyat və incəsənət”

(05.08.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.