Sərtyel, “Ədəbiyyat və incəsənət”
10 FAİZ ENDİRİM
Füsünkar Qubada yerləşən əsrarəngiz “Quba palas” oteli məxsusi Azərbaycan vətəndaşları üçün sevgi və sayqı nümayiş etdirərək inanılmaz bir kampaniyaya start veribdir. İyul ayının 1-dən 31-dək burada dincələn hər bir azərbaycanlı otelin gecəsinə 890 manat deyil, 801 manat verir.
Dünyanın ən bahalı otelləri olan The Mark (Nyu-York), Grand Hyatt Cannes Hotel (Kann), Burj Al Arab (Dubay) və digərlərinin belə həsəd aparacaqları “gecəsi 890 manat” yüksəkliyinə ucalan Şamaxı palas otelinin bu addımından qürur duyur, belə misilsiz bir güzəştə görə otel rəhbərliyinə hədsiz minnətdarlıq bildiririk.
Bax budur əsl vətən, xalq sevgisi.
Azərbaycan vətəndaşı, sən necə də xoşbəxtsən.
“Ədəbiyyat və incəsənət”
(28.07.2025)