Sərtyel, “Ədəbiyyat və incəsənət”
Qapaq şəkli:
Sumqayıtda bir obyektin yazısı:
“Tək şəxsiyyət vəsiqəsi ilə kredit işləməyən xanımlarda 350m kimi götürə bilər.”
Yazması bizdən, yozması sizdən.
Nə deməkdir bu?
1.
-Əhməd qardaş, inciməyin, amma gələn aydan mən evkirayəsini 300 manatdan 500-ə qaldırıram. Mən sizinlə təmirsiz mənzili o qiymətə razılaşmışdım. İndizə avrotəmirli mənzildir.
-Güləndam bacı, siz nə danışırsız? Avrotəmiri mən eləmişəm e. Öz pulumla.
-Nə dəxlisi? Əsas odur ki, mənzil daha təmirsiz deyil, təmirlidir.
2.
Xəstəxanaya ərini yoluxmağa gələn qadına həkim deyir:
-Bağışlayın, sizn əriniz yoxdur.
Qadın dəhşətə gəlir:
-Doktor, siz nə danışırsız? Vay-vay, ürəyim indi dayanacaq. Necə yəni, ərim yoxdur?
Doktor təhərini pozmur:
-Xanım, biz sizin ərinizi başqa xəstəxanaya köçürtmüşük.
Qadın dərindən ah çəkib gülümsəyir:
-Oy, şükür Allaha. Necə qorxdum. Elə bildim…
Amma həkim onun sözünü kəsir:
-Çünki bizim xəstəxanada morqun soyuducusu işləmir.
3.
Qəzetə bükülmüş gen-modifikasiyalı quru balıq krossvordu həll etdi.
4.
Akademik dostuna deyir:
-Qardaş, mən “Ağıldan bəla” kitabını oxudum. O nə kitabdı elə? Heç nə başa
düşmədim.
5.
Lotoreya riyaziyyatı zəif bilən sadəlövh adamlar üçün vergi növüdür.
@sərtyel
“Ədəbiyyat və incəsənət”
(09.07.2025)