İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Qədim tarixi abidələrimiz barədə bilgiləri bu gün Laçın rayonunda yerləşən Hüsülü kəndindəki Həmzə sultan sarayı ilə davam etdirirəm.
Sarayın tarixi
Tarixi sənədlərdə sarayın 1761-ci ildə tikilməsi haqqında məlumat verilir. Saray əvvəl böyük bir kompleks kimi fəaliyyət göstəribdir. Bina memarlıq və mühəndislik baxımından dövrünün möhtəşəm tikintisi olduğunu göstərir.
XVIII əsrdə tikilməsi ehtimal edilən sarayın tikintisində şərq memarlıq ənənələrindən geniş istifadə edilib.
Memarlıq xüsusiyyətləri
Sarayın qapı və pəncərələri incə işləmələrlə qoz ağacından hazırlanıb. Binanın tikintisində şərq memarlıq ənənələrinin geniş istifadə edilib. Saray binası yerli daşlardan və gəc-əhəng qatışığından inşa edilib. avanları qalın yan divarlara bərkidilən saray ikimərtəbəli olmaqla xeyli sayda yardımçı otaqları və divanxanaları vardır.
İşğal dönəmində
Saray əvvəl böyük bir kompleks təşkil etsə də, dövrümüzə ondan yalnız bir saray binası qalııb. Laçın rayonunun 1992-ci ilin mayında Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra kəndin adı dəyişdirilib, Həmzə Sultan sarayı isə işğalçılar tərəfindən qonaq evi kimi istifadə olunub.
“Ədəbiyyat və incəsənət”
(12.09.2025)