“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
“Bir şair, bir şeir” rubrikamız bu gün ənəni pozur. Həmişə şeir payını biz özümüz seçirdiksə bu gün bunu gözəl ədəbi zövqü olan yazar Rasim Qaracaya buraxırıq və onun seçimi ilə sizlərə Səhər Əhmədin bir şeirini təqdim edirik.
SƏHƏR ƏHMƏD,
“AY QIZ”
Özün donundan gözəl,
Donun özündən, ay qız.
Bəs niyə kədər yağır,
Qara gözündən, ay qız?
Yoxsa zalım atan var,
Yoxsa sevib atan var,
Bəlkə, xəstə yatan var,
Sənin üzündən, ay qız?
Bu nə dondu, geymisən,
Məcnun olsa, Leylisən.
Bilirəm, gileylisən,
Alın yazından, ay qız.
Özün-özünə yüksən,
İçini mənə tök sən.
Qorxma, bir az böyüksən
Mənim qızımdan, ay qız.
“Ədəbiyyat və incəsənət”
(16.11.2026)


