İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Cənubi Azərbaycan həsrəti, nisgili poeziyamıza şox dərin hopub. Onun əsas nümayəndələri sırasında isə onun da adı var – Balaş Azəroğlunun.
Balaş Abızadə - Azəroğlu 1921-ci il noyabrın 11-də Bakıda anadan olub. Orta təhsilini Bakıda 21 saylı məktəbdə alıb. Məktəbli ikən Respublika Pionerlər Evində ədəbiyyat dərnəyinə üzv olub. "Dnepr" adlı ilk şeiri 1936-cı ildə "Pioner" jurnalında dərc olunub.
Stalin repressiyaları dövründə 1938-ci ilin fevral ayında əvvəlcə atası daha sonra isə özü həbs olunub. 2 ay həbsdə qaldıqdan sonra Ərdəbilə sürgün olunub. Bura ondan əvvəl sürgün olunan ailə üzvləri ilə birlikdə Səlim Qışlağı kəndinə köçüb. Burada fars dilini öyrənmək üçün gecə kurslarına getməyə başlayıb
1947–1952-ci illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. 1948–1953-cü illərdə ADF MK-nın mətbuat orqanı olan "Azərbaycan" qəzetinin ədəbi-bədii şöbəsinin müdiri, 1953–1956-cı illərdə isə məsul redaktoru olub. 1956–1958-ci illərdə ADF MK-da təbliğat şöbəsinin müdiri, 1958–1959-cu illərdə Bakı Ali Partiya məktəbində xüsusi fakültənin dekanı olub.
1959–1963-cü illərdə isə ADF MK-nın sədr müavini olub. 1966-cı ildə "Məhəmməd Əmaninin yaradıcılığı" mövzusunda elmi işi müdafiə edərək filologiya elmləri namizədi adını alıb. 1958-ci il oktyabrın 14-də Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə, həmin ilin dekabr ayında isə idarə heyətinin üzvlüyünə seçilib.1981-ci ildə 60 illik yubileyi münasibətilə "Xalq şairi" adını alıb.
1981–1991-ci illərdə Azərbaycan Yazıçılar Birliyinin katibi vəzifəsində işləyib. 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilib. 1991-ci ildən 2011-ci ilədək Azərbaycan Yazıçılar Birliyində Cənubi Azərbaycan ədəbiyyatı üzrə baş müşavir olub. Nizaminin "Yeddi gözəl" poemasını, Füzulinin qəzəllərini, Məhəmmədhüseyn Şəhriyarın şeirlərini farscadan Azərbaycan dilinə tərcümə edib
Nizaminin "Yeddi gözəl" poemasını, Füzulinin qəzəllərini, Məhəmmədhüseyn Şəhriyarın şeirlərini farscadan Azərbaycan dilinə tərcümə edib. Müxtəlif illərdə "Şeirlər", "Savalan", "Mübarizə yollarında", "Gənclik dostlarım", "Mənim nəğmələrim", "Səhər şəfəqləri", "Sənətin qüdrəti", "Hafizin qəbri üstündə", "Elə oğul istəyir Vətən", "Dünənim, bu günüm, sabahım", "Gəl, ay bahar", "Sinəm Savalan dağıdır", "Bir kürsü istəyirəm" adlı kitabları nəşr olunub. Əsərləri ingilis, rus, fars, özbək, fransız, gürcü, ukrayn və latış dillərinə tərcümə olunub
Fəaliyyətinə görə iki dəfə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə, "Şərəf nişanı", "Xalqlar dostluğu", "Şöhrət" ordenləri ilə, "21 Azər", "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı ilə təltif olunub.
Kitabıları
1. Şeirlər.
2. Savalan.
3. Mübarizə yollarında
4. Gənclik dostlarım
5. Mənim nəğmələrim
6. Səhər şəfəqləri
7. Sənətin qüdrəti.
Balaş Azəroğlu 2011-ci il aprelin 24-də Bakıda vəfat edib. İkinci Fəxri Xiyabanda dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(11.11.2026)


