İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Sovetlər dönəmində inkişaf üçün yazıçıya mütləq böyük qardaşın – Moskvanın hansısa nəşriyyatında kitab çıxarmaq lazım gəlirdi, bu işdə də tərcüməçi Alla Axundova böyük əmək qoyur, yazıçılarımıza dəstək olurdu.
Başlığa qayıdaq. Hamının sevdiyi “Şərikli çörək” filminin ssenari müəllifi bilirsiniz kimdir? Əlbəttə ki, o da Alla Axundovadır.
Alla Axundova 27 oktyabr 1939-cu il oktyabr ayının 27-də Moskvada qulluqçu ailəsində anadan olub. 1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu və 1967-ci ildə Ali rejissorluq və ssenaristlər kursunun ssenari bölməsini bitirib. 1957-ci ildən etibarən şeirlərini dövrün qəzet və jurnallarında nəşr etdirməyə başlayıb.
A. Axundova "Ağ şəfəq", "Bazar günü bağçası", "Həvvanın sözü", "Təbiət mənzərələri", "Pillələr", "İstirahət bağı", "Üzün cizgiləri, beş povest" kimi şeir kitabları ilə yanaşı, qədim türk eposları ilə birlikdə ingilis, ərəb və gürcü dillərindən nümunələri rus dilinə peşəkarlıqla tərcümə edib, əsərləri bir çox dünya xalqlarının dillərində nəşr olunub.
Həmçinin Vaqif Səmədoğlu, Bəxtiyar Vahabzadə, Kamal Abdulla, Fikrət Xoca, İsa İsmayılzadə və digər Azərbaycan ədiblərinin əsərlərini rus dilinə çevirib. A. Axundovanın şeirləri ingilis, rumın, fransız, azərbaycan, ərəb və yapon dillərinə tərcümə olunub. "Sirr. Sirr. Sirr" pyesi, "Çöhrənin ifadəsi" nəsr əsəri onun qələminin məhsuludur. Alla Axundova bir sıra qısametrajlı, eyni zamanda cizgi filmlərinin müəllifidir. "Şərikli çörək" onun ilk ekran işidir.
Tərcümələri
1. "Nəvazişli nəğmələr. Azərbaycan xalq poeziyasından." — M.: Uşaq ədəbiyyatı, 1967.
2. N. Bakozoda. "Gör necə də dəcəlsən!" / Tacik dilindən tərcümə edən Alla Axundova. — M.: Uşaq ədəbiyyatı, 1974.
3. "Şən bahar. Azərbaycan folklorundan." — M.: Uşaq ədəbiyyatı, 1975.
4. "Gül deyərəm, lalə deyərəm: Azərbaycan xalq mahnıları, bayatılar, saymacalar, təmsillər və tapmacalar." — Bakı: Gənclik, 1987
5. Qədim türklərin eposunu, ingilis, ərəb və gürcü şairlərinin şeirlərini tərcümə etmişdir. Türkdilli xalqların epos abidəsi "Kitabi-Dədə Qorqud" əsərini rus dilinə çevirib.
6. Hamlet İsaxanlı. "Kontrastlar" / Alla Axundovanın tərcüməsində şeirlər kitabı (Azərbaycan dilindən). — M.: İzograf, 2006.
Filmoqrafiya
1. Biz oynadığımız dəniz sahilində (1967)
2. Cırtdan (film, 1969)
3. Şərikli çörək (film, 1969)
4. Var olun, qızlar... (film, 1972)
5. Şahzadə-qara qızıl (film, 1974)
6. Alma almaya bənzər (film, 1975) (tammetrajlı bədii film)-ssenari müəllifi
7. Avtomobil, skripka və xallı it (1975)
8. Şir evdən getdi (film, 1977)
9. Bizi bağışlayın (film, 1979)
10. Uşaq və külək (film, 1982)
Mükafatları
1. Azərbaycanın SSR əməkdar incəsənət xadimi (1988)
2. Azərbaycan SSR Dövlət mükafatı laureatı (1970)
Azərbaycanın tanınmış şairi, ssenarist və tərcüməçi Alla Axundova 17 sentyabr 2026-cı ildə vəfat edib.
Allah rəhmət eləsin.
“Ədəbiyyat və incəsənət”
(27.10.2026)


