"Çeşmə” Ədəbi Məclisinin növbəti görüşü keçirilib

İlhamə Məhəmmədqızı,

“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Ədəbi məclislər bizdə tarixən olubdur, bir zamanlar ədəbi prosesi də bu məclislər tənzimləyibdir. Nə yaxşı ki onlar bu gün də ənənəi davam etdirməkdədirlər.

 

Oktyabrın 4-də “Çeşmə” Ədəbi Məclisinin növbəti yığıncağı “Şahənşah” restoranında keçirilib.

Tədbiri məclisin sədri, AYB və AJB üzvü, şair-qəzəlxan Lilpar Cəmşidqızı açaraq iştirakçıları salamlayıb və belə görüşlərin poeziyaya marağın artırılmasında mühüm rol oynadığını qeyd edib.

Görüşdə ilk dəfə iştirak edən AYB üzvü, “Aşıq Pəri” məclisinin sədr müavini, şair Südabə İrəvanlı çıxış edərək şeirlərini səsləndirib. Daha sonra “Sarı Aşıq” Ədəbi Məclisinin sədri, şair və təcnis ustası Adil Cəfakeş, Xəzər bölməsinin üzvü, şair-qəzəlxan Əşrəf Pirşağılı və tanınmış bəstəkar, şair-qəzəlxan Hüseyn Sözlü çıxış ediblər.

Onlar ədəbi məclislərin Azərbaycan ədəbiyyatının inkişafındakı rolunu poeziyanın qarşısında duran məsələləri və söz sənətinin milli-mədəni inkişafda əhəmiyyətini vurğulanıblar. Şairlərin təqdim etdiyi əsərlər müzakirə olunub, ayrı-ayrı misralar təhlil edilib.

Məclisin sonunda Lilpar Cəmşidqızı tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə “Şahənşah” restoranının rəhbəri Rəşid Süleymanova və Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgərliyə təşəkkürünü bildirib.

Görüş iştirakçıların növbəti ədəbi toplantıda yenidən bir araya gəlmək arzusu ilə başa çatıb.

 

“Ədəbiyyat və incəsənət”

(06.10.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.