Brejnevin oxuduğu tək əsərin müəllifi - Turgenev Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Bir dəfə SSRİ rəhbəri Leonid Brejnev küçə ilə gedirmiş, Lev Tolstoyun abidəsini görür. Soruşur, bu kimdir. Deyirlər, dahi yazıçı Lev Tolstoy. Soruşur, bu YƏQİN “Mumu” əsərini yazan şəxsdir? Deyirlər, yox, “Mumu”nu Turgenev yazıb, busa Tolstoydur. Belədə Brejnev təəccüblənərək deyir:

-Çox qəribədir, “Mumu”nu Turgenev yazıb, amma heykəli Tolstoya qoyublar.

İnanın ki lətifə deyil, olmuş hadisədir.

Bu gün həmin o “Mumu”nu yazan Turgenevin anım günüdür.

 

İvan Turgenev 1818-ci il noyabrın 9-da Oryol şəhərində dünyaya gəlib. Atası Sergey Nikolyayeviç o dövrün tanınmış zabitlərindən olub. Anası Varvara Petrovna isə varlı bir saray ailəsindən olub. 1827-ci ildə Sergey Tugenev övladlarına təhsil vermək üçün Moskvaya köçüb.

1833-cü ildə 15 yaşlı Turgenev Moskva universitetinin filologiya fakültəsinə daxil olub. Bir il sonra onlar Peterburqa köçüb və buna görə Turgenev təhsilini Peterburq universitetində davam etdirməli olub. 1838-ci ildə elmlər namizədi dərəcəsinə yiyələnən şair Almaniyaya köçür. Berlində məskunlaşan Turgenyev qədim latın və yunan dillərini yaxından öyrənib.

1842-ci ildə vətəninə qaytmaqla yazıçı, ədəbiyyat sahəsində fəaliyyətə başlayıb. 1846-cı ildə "Bretter" və "Üç portret" povestlərini qələmə alıb. Daha sonra o "Mumu", "Yakov Pasınkov", "Sakitlik" kimi əsərləri ilə oxucularını sevindirib. O ən böyük romanları toplandığı "Nov" adlı kitabını 1860-cı ildə artıq Parisə köçdüyü zaman dərc etdirib.

 

Bədii əsərləri

- Atalar və oğullar

- Faust

- Asya

- Artıq adamın gündəliyi

- İlk məhəbbət

- Yalquzaq

- Bretter

- Üç portret

- Mumu

- Yakov Pasınkov

- Sakitlik

- Ərəfə

- Dvoryan ocağı.

 

Yazıçı 3 sentyabr 1883-cü ildə elə Parisdə dünyasını dəyişib. Və sağlığında qədrini bilməyən Çar höküməti hədsiz təəssüflənib.

 

“Ədəbiyyat və incəsənət”

(03.09.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.