“Biri ikisində” Nemət Mətinin hekayəsi ilə Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün Nemət Mətinin “Zəlzələ” hekayəsi ilə tanış olacaqsız.

 

Nemət MƏTİN                                  

ZƏLZƏLƏ

 

      – Ata, məktəbin önündə Vazgen əmini gördüm. Əlini göyə açıb deyirdi ki, gərək, bu məktəbdə erməni uşaqlar oxusun. Yeni məktəb paltarlarını onlar geyinsin.      Vaqif kişi sahədən yorğun-arğın gəlsə də, iştahla yemək yeyirdi. Qızının sözünü eşidər-eşitməz fikri qarışdı:

– Fikir vermə, qızım. Ermənilər əzəldən paxıl olublar. Yavaş-yavaş öyrəşərlər. Onlara barmaq uzatsan, əlini qopararlar.

          Sadəgülün anası Nisə iri otaqda kilim sərib oturmuşdu. Qış üçünbalon-balon şorababağlayırdı. İri çəlləkbirqışı yolavermirdi. Söhbətə qulaqkəsildiyindən, dilidincdurmadı:

AyVaqif, çobanFərzalı haqqındaeşitdinmi?

–      Eşitdim. Erməniləryazığın əl-ayağını bağlayıbdağdanitələyiblər. Sir-sifəti cırıq-cırıq idi. Qabırğaları sınmışdı.

– Anan ölsün, ay Fərzalı. Bu ermənilər yavaş-yavaş iç üzlərini göstərirlər.

– Narahat olma. Bir çarəsi tapılar.Daha yemək yeyə bilmədi Vaqif. Əl-üzünü yuyub çölə çıxdı. Qulançar yığmağa yollandı: “Axşamüstü Nisə qulançarları qaynadıb,  üstünə yumurta vurar”, – deyə düşündü. Sadəgül də çoxdan həyətə düşüb gül-çiçək toplayırdı.

   Səhər məktəbdə Sadəgülgilin ilk dərsi tarix idi. Müəllim şagirdlərə ermənilərin daşdan yonulmuş türk əsgərinin “başına” açdığı oyundan danışırdı. Ermənilər tarixi əhəmiyyəti olan heykəlin üst hissəsinə xaç yonmuşdular.  deyir–Eşidin! Tarixi yaxşı öyrənin! Öz tarixini bilməyən xalqlar vətənini sevə bilməz. Onu qorumaq istəsə də, alınmaz.

Zəng çalındı. Şagirdlər iki-iki, üç-üç dəhlizə çıxdılar. İkinci dərs riyaziyyat fənnindən idi. Amma nədənsə, dərs olmadı. Bütün şagirdlər evə göndərildi. Sadəgül də digər şagirdlər kimi heç nə anlamırdı. Mərkəzi küçədə boş avtobuslara insanlar doluşurdu. Kimin maşını vardısa, köçə hazırlaşırdı. Məcburən Naxçıvana, Qazaxa və digər yaxın ərazilərə göndərilirdilər. Əslində, hər şey üç ay öncə başlamışdı. Vaqif xəbərdar idi. Ermənilər bir yerə toplaşıb qapı-qapı gəzir,  azərbaycanlıları köçməyə inandırırdılar: “Köçün! Burada sizinçün yaxşı olmayacaq. Dədə-baba yurdumuzu boşaldın!”

Söyüşən kim, dalaşan kim... Xeyiri yox idi. Dəfələrlə belə hadisələr oldu. Kəndlərdən köçənlər köçmüşdü. İndi ikinci köç idi.

Sadəgül evə çatanda çantasını masanın üstünə qoydu. Anası o biri otaqdan hövlnak gəlib dedi:– Hazırlaş, qızım. Yenə köç başladı.

Sadəgül heç nə anlamırdı:– Yenə? Əvvəl də olub? İnsanlar mərkəzdə avtobuslara doluşurdu.

– Bilirəm, qızım. Bu ermənilər lap çoxdan bizi buralardan qovmağa çalışıb. Eyb etməz. Vaxt gələr,  hər şey yoluna düşər. Hazırlaş.

 Sadəgülün içinə qəribə kədər çökdü. Gözləri dolsa da, anasına göstərmədi. Nisə ona iri, ağ-göy xətləri olan çanta verdi ki, bütün paltarlarını yığa bilsin. Birinci sevimli dovşan oyuncağını qoydu çantaya Sadəgül. Daha sonra səliqə ilə qatlanmış paltarlarını yerləşdirdi    Vaqif qulançar yığıb evə qayıdırdı. Yolda qonşusu Elsevəri gördü. Elsevər həyəcanlı görünürdü:– Vaqif, xəbərin yoxdur?

– Nədən xəbərim yoxdur? Nə baş verib?

– Köç başlayıb. Ermənilər qapı-qapı gəzib xəbərdarlıq edirlər. Avtobuslar mərkəzdə düzülüb. Kimi avtobuslara doluşur, kimi də öz maşınıyla gedir.

  Vaqifin gözlərində sanki alov parladı:

– Mən heç yerə köçən deyiləm. Bura bizim torpaqlardır. Sən köçürsən?

– Qazaxda qohumlar var. Onların evinə köçəcəyik. Vəziyyət o deyil, ay qonşu. Özümçün deyil, ailəm üçün qorxuram.

– Hamı köçür?

– Qara Ənvər və Şahdil qalır. Onlar da sənin kimi tərslik edir.

– Xəbər elədiyin üçün sağ ol. Qaçım mən...

– Xudahafiz. Allah köməyimiz olsun.

Vaqif yubanmadan evinə tərəf qaçmağa başladı. Yol boyu insanların köçə hazırlaşdığını gördükcə ürəyi parçalanırdı. “Axı niyə? Bizim torpaqlarımızdır. Ulu babalarım danışardı ki, ermənilər bir dəfə də bizi köç etməyə məcbur edib. Yenidən qayıtmışıq. Bu dəfə getsək, bir də Allah bilir,  haçan qayıdarıq. Göyçə, Zəngəzur, Dərəçiçək, Qırxbulaq, Zəngibasar mahalı bizi bağışlamaz. Dərələyəz, Sərdarabad, Vedibasar kimi gözəl mahallar onlara layiq deyil” – düşünürdü. Evi uzaqdan görünəndə fikirdən ayıldı. Ürəyi yerindən çıxırdı. Qapını açanda dolu çantaları gördü:

– Nisə!

Nisə yan otaqdan çıxaraq dedi:

– Hay can, Vaqif!

– Çantaları nə üçün yığmısan?

– Qorxdum. Ermənilər gəlib qapımızı döydü. Açmadım. Qışqırdılar ki: “Köçün! Hamınız köçün! Yoxsa, pis olacaq!”

– Qələt edirlər! Mən heç yerə gedən deyiləm. Sizi göndərərəm qohumlardan birinin yanına, ara sakitləşənə kimi, orada qalarsınız. Özümsə, burada olacağam!

 – Ay Vaqif, sənə canım qurban, etmə, eləmə. Sənə nəsə olsa, mən yaşaya bilmərəm.

– Narahat olma. Hazırlaşın. Mən mərkəzə gedib maşın tutum.

Vaqif Nisənin ağlamağına baxa bilməyib evdən çıxdı. Mərkəzə yollandı. Həyəcan siqnalı çalınırdı. İnsanlar bir-birinə aman vermədən avtobuslara doluşurdu. Hamının üzündə kədər vardı. Bircə, uşaqlar yaşlarından qaynaqlanan qayğısızlıqla təzə yetişmiş alçaları dərib yeyirdilər.

Vaqif maşın axtarırdı. Nə qədər axtarsa da, tapa bilmədi. Hamı köçürdü. Bir erməni qələbəliyin arasından çıxıb Vaqifə səsləndi:

– Nə durmusan? Tez ol! Avtobusa min!

– Mən heç yerə getmirəm!

          Vaqif bir də onda ayıldı ki, hava qaralıb. Başında və qabırğalarında ağrı hiss etdi. Birtəhər qalxıb oturdu. Kimsə arxadan başına vurmuşdu. Ondan sonrası yadına gəlmirdi. Evi yadına düşdü. Ayağa qalxmaq istəyəndə başı dumanlandı. Uzaqdan ağ ayaqlı, sünbül rəngində bir at göründü...  Yaxınlaşdıqca, atlını tanıdı-Elsevər idi.  

Qonşusu atdan düşdü, yaxınlaşdı,  Vaqifi yerdən qaldırdı. Soruşdu:

– Burada nə edirsən?

– Ermənilər...

Sözü ağzında yarımçıq qaldı; Elsevərin səsində ərklə yanaşı, bir az da  hökm vardı:

– Gedək. Evdəkiləri də götür ha!  Sabah səhərə kənd boşalmalıdır.

– Mən yox! Nisə ilə Sadəgülü göndərəcəyəm. Maşın tapmadım.

– Mən tapmışam. “ZİL”ə doluşub gedəcəyik. Birgə gedək. – Elsevərin səsindəki hökm öləziyir, sözbəsöz yerini yalvarışa verirdi.

Vaqif Elsevərinin atının tərkində gəldi evinə... Yol boyu atın ayaqları altından qalxan tozanaq onun zehnindəki nigaranlıqdan daha aydın idi, bəlkə də...

Vaqif atdan düşdü, altdan-yuxarı qonşusuna baxdı. Elsevər baxışlarını uzağa dikərək dedi:

– Bu ermənilər vəhşidir. On dörd yaşlı uşağı döyüb öldürüblər. Meyidi çayda tapılıb. Amma boyunlarına almadılar. Məhkəmə quruldu. İçlərindən bir kişi çıxıb demədi ki, “mən etmişəm”. Son qərar dəhşət idi.

– Nə qərarı?

– Guya on dörd yaşlı qızı rəfiqəsi öldürüb.

Birolabilmədik. Onagörə də, hərcür əclaflıqgörəcəyik.

Gecdirartıq. Köçəkburalardan. Haçansa, arasakitləşəndə qayıdarıq.

Vaqifevinqapısını açandaNisə gözlərinə inanmadı:

Nə olubsənə? Haradaydın?

Heç nə, ayNisə. Boş ver. Gecə köçürsünüz.

Dahaheç nə danışmadılar. Hərgüngülüş səslərinə qərqolanevsükutabürünmüşdü.

Erməni kişiləri topa-topa gəzir, boş qalmış evləri yağmalayırdılar. Axşamın ala-qaranlığı çökəndə it hürdü. Vaqif baltasını əlinə alıb həyətə çıxdı. “Ev yağmalamağa gələn ermənilərdisə, bu baltanı başlarına çaxmasam...” –deyə düşünürdü ki, yer ayağının altında oynadı. Əvvəl heç nə anlamadı. Sonra zəlzələ olduğunu sezdi. Amma gec idi. Yerə yıxıldı. Güclü təkan köhnə evi dağıtdı. Dağıntılar arasından səslər gəlirdi.   

 

“Ədəbiyyat və incəsənət”

(24.08.2026)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.