“Biri ikisində” Əminə Həbibin şeiri ilə Featured

“Ədəbiyyat və incəsənət” portalı ilə “Ulduz” jurnalının Biri ikisində layihəsində bu gün sizlərə Əminə Həbibinbir şeiri təqdim ediləcək.

Layihə ən gözəl ədəbi nümunələrin təbliğinə hesablanıb.

 

Əminə HƏBİB

 

***

 

Yeganə varlıqsan ki,

Hirsində bir istək var.

Zəhimli simanın da,

Altında bir sevmək var.

 

Çox vaxt sığal yerinə,

Əllərin göydə oynar.

Ayağıma daş dəysə,

Ürəyin başı yanar.

 

Axı anadır adın,

Sən xüsusi isimsən.

Ümumi isim kimi

Səni yaza bilmərəm...

 

“Ədəbiyyat və incəsənət”

(07.08.2026)

                      

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.