“Bir şair, bir şeir”də Əkbər Qoşalının “Payız gülü” Featured

Ülviyyə Əbülfəzqızı,

“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi

 

Salam, "Ədəbiyyat və İncəsənət" portalının dəyərli izləyiciləri, yenə "Bir şair, bir şeir" rubrikası ilə görüşünüzə gəlmişik.

Şair qonağımız yayın isti günləri olsa da, "Payız gülü"- söylədi.

 

Beləliklə, Sizə Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurası başqanı, Beynəlxalq "Alaş" mükafatı laureatı, şair-publisist Əkbər Qoşalının " Payız gülü" şeirini təqdim edirik.

 

ƏKBƏR QOŞALI,

“PAYIZ GÜLÜ”   

 

Payız gülü…

Yazı görməz payız gülü.

Yoxsa yazda gülməyənlər

Dalıb qalıb payız gülür?..

 

Payız gülü

Qarşısında qışı görür…

Amma gəl gör qar çiçəyi

Yaz umudu ilə ölür…

 

Payız gülü

Yazan belə tale yazmış;

Yazdan, yaydan yarımayan

Çox nisgilli ömür varmış…

 

Payız gülü…

Gül sevinci yalın olur…

Deyirlər gec açan gülün

Qoxusu da zalım olur…

 

Payız gülü…

Umudların son gülüşü,

Bilirsə də qış gələcək,

Açılmaqdı gülün işi…

 

“Ədəbiyyat və incəsənət”

(04.08.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.