“Ədəbiyyat və incəsənət” portalı ilə “Ulduz” jurnalının Biri ikisində layihəsindəsizlərə Elşad Baratın 2 Şəhidimiz barəsindəki şeirləri təqdim ediləcək. Bu günkü təqdimat Araz Məmmədov barədədir.
Layihə ən gözəl ədəbi nümunələrin təbliğinə hesablanıb.
ŞƏHİDLƏR
Elşad BARAT
Məmmədov Araz Adil oğlu
Məmmədov Araz Adil oğlu 2 may 1994-cü ildə Tovuz rayonunda doğulmuşdur. 2001-2012-ci illərdə orta təhsilini Gəncə şəhər 29 nömrəli tam orta məktəbdə almışdır. 2013-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon şöbəsindən hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidməti borcunu yerinə yetirmişdir.
27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarxli Sərəncamına uyğun olaraq yenidən hərbi xidmətə çağrılmış, Vətən müharibəsində iştirak etmişdir. “N” saylı hərbi hissənin kəşfiyyatçısı kimi Tərtər rayonunun Suqovuşan kəndi, Xocavənd rayonunun Ağoğlan (Hadrud) qəsəbəsi və Laçın dəhlizinin azadlığı uğrunda gedən döyüşlərdə yer almışdır.
4 noyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. 6 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Məmmədov Araz Adil oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” (ölümündən sonra) medalları ilə təltif edilib. Subay idi.
***
Bir şəhid tanıyıram,
Savaşı dastan oğul,
Adı Məmmədov Araz,
Özü qəhrəman oğul.
Sənin qəhrəmanlığın
Çox nümunə olacaq.
Hələ çox danışılıb,
Kitablar yazılacaq.
Birini mən yazıram,
Qarşımda şəkillərin.
Mövzusu olacaqsan
Hələ neçə illərin.
Çünki şəhid adını
Tarix unudan deyil.
Hər insanın taleyi
Sənintək dastan deyil.
Bilirəm ki, görürsən,
Duyursan bizi, qardaş.
Sizin qələbənizdir,
Zəfərlə bitən savaş.
“Ədəbiyyat və incəsənət”
(31.07.2026)


