“Ədəbiyyatvə incəsənət” portalXalq şairiVaqifSəmədoğlunun 85 illiyimünasibətilə keçirilənPoeziyamüsabiqəsində fərqlənəngənc şairlərin şeirlərinitəqdimetməkdədir. XatırladaqkiAllahşükürAğa 2-ciyeritutmuşdu.
AllahşükürAĞA
LƏPİR
Axşamqoyubgəldiyimayaq izlərimi
Səhər qarşılayıram,
Demək, yaşayıram...
Birayaqləpirim
Axşamyağanyazyağışından
Birovucsusaxlamış içində...
Bir alagözsərçə suiçir
Ayaqləpirimdən.
Başını yuxarı qaldırdıqca
Sərçəninduasını eşidirəm:
“Allah, sabahımız üçündə
Birayaq saxla”.
Elə sevinirəmki,
əyilibbaxıram
ayaqlarıma...
BAYILTÜRMƏSİ
Buasfaltınaltında
Bayıltürməsiolubbirvaxt.
Bizdə ürəyə bax, görhardankeçirik?
Ayağımı yerə bərk vururam,
Burda, bax burda
Müşfiqin dodağının qanı var.
Burda, bax burda
Müşfiqin bir şeiri var, divara yazılan,
Hecası cızılan.
Gərək o divar parçasını götürüb saxlayaydıq.
Burda, bax burda,
Torpağın altında
Sızıltılı bir ah var.
Burda, bax burda
Bir günah var...
Yanımdakı qoca bir qadın deyir mənə:
Türməni çoxdan köçürüblər.
Deyirəm: qanı da?
“Ədəbiyyat və incəsənət”
(30.07.2026)


