Yorulmadan, usanmadan yazıb və yaradıb Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Ondanbaşlayaq ki, haqqında danışacağım şəxs TürkDünyası Araşdırmaları BeynəlxalqElmlərAkademiyasının 20 dekabr 2012-ciiltarixliqərarı ilə Türkdünyası ədəbiyyatı və mədəniyyyətinininkişafındakı xidmətlərinə görə “Altunyıldızmedalı ilə təltifolunub.

RusiyaFederasiyası Yazıçılar İttifaqının 25 mart 2013-cü iltarixliqərarı ilə A.Pexovadınaxatirəmedalınalayiqgörülüb. Ədəbiyyatdaxüsusixidmətlərinə görə AlmaniyanınHannover şəhərində 15 oktyabr 2013-cü ilTaclı ulduzorden-diplomilə təltifedilib.

Hələ bu harasıdır.

 

BMT-nin İctimai Mükafat Şurasının Beynəlxalq Mükafat Birliyi tərəfindən "Şərəf və Ləyaqət" ordeninə, Təbiət Elmləri Avropa Akademiyasının qəyyumlar və elmi şurasının rəyi ilə ədəbiyyatda xüsusi xidmətlərinə görə "Şiller" medal-diplomuna layiq görülüb.

O, Tahir Şirin oğlu Kazımovdur.

Tahir Kazımov 1942-ci ilin aprelin 27-də Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. O, 1968-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib. Daxili İşlər Nazirliyinin akademiyasında təhsil alıb. 1967-1997-ci illərdə Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləyib.

Polis polkovniki olan Tahir Kazımov Qaradağ rayon Polis İdarəsində rəis müavini, İmişli və Masallı rayonlarında polis rəisi vəzifələrində işləyib. Hüquq-mühafizə orqanlarında son iş yeri Bakı Metropoliteninin polis rəisi vəzifəsi olub.

Birinci Qarabağ müharibəsi veteranıdır. Ağdam, Əsgərən, Cəbrayıl, Hadrut, Füzuli şəhərlərində gedən döyüşlərdə iştirak edib.

 

1998-2004-cü illərdə Azərbaycan Milli Aerokosmik Agentliyində direktor müavini vəzifəsində çalışıb. 2004-cü ildən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında şöbə müdiri işləyib.

Bədii yaradıcılığa gənc yaşlarından başlayıb, hərbi xidmət etdiyi Moldova SSR haqqında qələmə aldığı oçerk yazıçılıq fəaliyyətinə bir başlanğıc olub.

Əmək fəaliyyətinə "Ulduz" jurnalında ədəbi işçi kimi başlayan gənc yazar 1969-cu ildə komsomolun Mərkəzi Komitəsinin təqdimatı ilə Azərbaycan SSR Daxili İşlər Nazirliyinə xidmətə göndərilib. Bir il sonra (1970) "Əmək rəşadəti" adlı publisistik kitabı çap edilib. Hələ daxili işlər orqanında işlədiyi vaxtlarda "Səsin sehri", "Qəfil ezamiyyət", "Qisas", "Taleyin qisməti beləymiş yəqin" və s. povest və romanları yüksək tirajla çap olunaraq oxucular tərəfindən maraqla qarşılanıb.

Azərbaycanda iki dəfə böyük tirajla çap olunan "Qisas" romanı türk və özbək dillərinə tərcümə edilərək ölkədən kənarda dəfələrlə nəşr olunub. Müəllifin üç kitabdan ibarət olan "Müsibət" romanı iştirakçısı olduğu Qarabağ münaqişəsindən bəhs edir. Həmçinin altı kitabdan ibarət "Talelərini özləri yazanlar" adlı roman-epopeyada milli və xarici ölkələrin tarixi qaynaqlarına istinad edərək erməni xəyanətini bədii-tarixi müstəvidə yazıb.

Sonradan "Səsin sehri" povesti Xalq artisti Ağakişi Kazımov tərəfindən səhnələşdirildi. Bu pyes bir müddət Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində oynanılıb. "Taleyin qisməti beləymiş yəqin" adlı dörd hissədən ibarət olan romanın birinci kitabı isə Bəhram Osmanovun rejissorluğu ilə ekranlaşdırılıb.

 “Taleyin qisməti beləymiş” adlı on seriyalı bu televiziya filmi (teleserial) 1998-ci ildə "Sara" telekanalında nümayiş etdirilib. "Qisas" romanının ssenarisi əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin teleserialların çəkilişinə ayırdığı vəsaitlə otuz iki seriyalı film çəkilib. Asif Abramovun rejissoru olduğu teleserial 2014-cü ildə "Lider" telekanalında nümayiş etdirilib.

Ömrünün sonlarında “Qönçə və yadplanetlilər” adlı irihəcmli fantastik, həm də detektiv və eyni zamanda XV əsrdə Qaraqoyunlu və Ağqoyunlu əmirliklərinin ara müharibələrindən, Şərqin ilk qadın diplomatı Sara Xatunun daxili və xarici siyasətindən, Uzun Həsənin bütöv Azərbaycan dövləti yaratmasındakı fəaliyyətindən bəhs edən tarixi faktlar əsasında bədiiləşdirilmiş çoxcildli tarixi romanlar üzərində işləyib.

Yazıçının şeirlərinə bəstəkarlar Faiq Sücəddinov, Xumar Qədimova musiqi bəstələyib. Tahir Kazımovun bədii yaradıcılığı M.Nağısoylu, İ.Kazımov, İ.Hacıyeva, Ş.Albalıyev, K.Niftəliyeva, S.Beydullaqızı və digər ədəbiyyatşünas alimlərin diqqətini çəkib, bu istiqamətdə yazılan məqalələrdə ədibin ayrı-ayrı bədii nümunələri müxtəlif aspektlərdən elmi yanaşmalara cəlb olunub.

 

 "Yazıçı: Müasir həyat və gerçəkliklər" (müəllif: professor İsmayıl Babaşoğlu), "Yazıçı yaradıcılığı ədəbi-tənqid müstəvisində" kitablarında isə yazıçının nəsr yaradıcılığı daha geniş və əhatəli şəkildə təhlil olunub, ədibin romanlarının poetikası, sənətkarlıq məziyyətləri, dil-üslub xüsusiyyətləri müasir elmi baxış bucağından tədqiq edilib.

Motivləri əsasında 2023-cü ildə “Əqrəb mövsümü” serialı çəkilən Ceyhun Hidayətlinin “Əqrəb” romanının T. Kazımovun “Qisas” romanının plagiatı olduğu da iddia edilir.

 

Əsərləri

- "Qisas"

- "Mənəvi xilaskar"

- "Cəhənnəmə aparan yol"

- "Yeni Orlean "şənlikləri"

- "Sənsiz səninlə"

- "Biganəymişsən"

- "Ürək fəryadı"

- "Əsirlik düşüncələri"

- "Sənin olmuşdum"

- "Gecikmiş məktublar" (povest)

 

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımovun atasıdır. “Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq görülüb.

Ədib 9 mart 2022-ci ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(27.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.