İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
MikayılRəfili şairidi. Azərbaycandilində ilksərbəst şeirlərioyazmağabaşladı. Lakinonutezliklə Qərbçilikdə, türkpərəstlikdə və dahanələrdə ittihamolundu. Şeirdənuzaqlaşdırıldı. Həmdə alimidi, professoroldutezliklə. BDU-da, APİ-də dərsdedi, Azərbaycanklassikləri (Nizami, Axundov, Vazehvə s.) haqdaruscakitablaryazdı, Moskvadanəşretdirdi. Alimlikfəaliyyətidə kəskinqınağaməruzqaldı. YazıçılarBirliyindənqovuldu...
Mikayıl Rəfili 1905-ci il aprelin 25-də Yelizavetpol qəzasının (indiki Goranboy rayonu) Borsunlu kəndində varlı kəndli ailəsində doğulub. Yelizavetpol klassik gimnaziyasında təhsil alıb. Bu dövrdə bədii yaradıcılığa başlayıb. Onun "Mikayıl Rəfizadə" imzası ilə ilk qələm təcrübələri "Mücadileyi-həyat" hekayəsi, "Elmə doğru" şeiri və "Qərb mədəniyyəti" məqaləsi "Əfkari-Mütəəllimin" jurnalında (1919, 2,3 nömrələrində) dərc olunub.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Borsunlu kəndində müəllim və məktəb müdiri olub, kəndin mədəni həyatında fəal çalışıb, komsomol sıralarına qəbul olunub. 1921-ci ildə orta təhsil almaq məqsədilə Gəncəyə gəlib, eyni zamanda ictimai işlərdə fəallıq göstərib, III Azərbaycan qurultayına nümayəndə seçilmişdir. "Rosta" qəzetində iştirak edib.
Bakıda Azərbaycan Politexnik İnstitutuna daxil olub, həm də Azərbaycan Dövlət Universitetinin Şərq dilləri fakültəsində məşğələlərin dinləyicisi, 1924-cü ildə olub. "Maarif və mədəniyyət" jurnalı redaksiyasında işləyib. 1926–1927-ci illərdə bütün qüvvəsini ədəbi fəaliyyətə həsr edib. 1927-ci ildə Moskva Dövlət Universitetində təhsil alıb. Bu dövrdə Kremldə qanunların Azərbaycan mətnlərinin redaktoru işləyib.
Bakıda Azərbaycan Dövlət Nəşriyyatında bədii şöbənin müdiri işlədiyi zaman Azərbaycan Proletar Yazıçıları Birliyində fəal çalışıb. 1929-cu ildə Moskvaya I Ümumittifaq Proletar Yazıçılarının Qurultayına nümayəndə seçilib. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda rus ədəbiyyatı kafedrasında müəllim, sonra dosent (1930–1935) işləyib, eyni zamanda "Bakinski raboçi" qəzeti redaksiyasında mədəniyyət şöbəsinin müdir müavini olub.
Bu dövrdə SSRİ yazıçılarının təşkilat komitəsinin üzvü seçilib. Həm də "Hücum" və "Qabaqcıl" ("Udarnik") jurnalları redaksiya heyətinin üzvü olub. Qorki, Mayakovski, Serafimoviç haqqında monoqrafiya, "Sevastopol" və "Leninqrad" poemalarını qələmə alıb. 1934–1935-ci illərdə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialında elmi işçi işləyib. Sovet Yazıçılarının I Ümumittifaq Qurultayına nümayəndə seçilib.
1935–1936-cı illərdə SSRİ EA-nın (Leninqrad) aspiranturasında təhsil alıb, orada "Azərbaycan ədəbiyyatının rus mədəniyyəti ilə əlaqələri haqqında" mövzusunda dissertasiya müdafiə edib. Sonra "Puşkinin həyat və yaradıcılığı", "Puşkin və Azərbaycan", "M.F.Axundov" əsərlərini yazmışdır (1935–1937). Nizami yubiley komitəsi tərkibində məsul katib olub.
1938-ci ildən Azərbaycan Pedaqoji İnstitutunda və Azərbaycan Dövlət Universitetində professor olub, Azərbaycan ədəbiyyatı tarixi kursunu aparıb. İkinci Dünya müharibəsi illərində radioda, Qızıl Ordu hissələrində, hərbi xəstəxanalarda çıxışlar etmiş, "Səbuhi" ssenarisini, "Şirvanşah İbrahim" pyesini yazıb. SSRİ Yazıçıları İdarəsinin üzvü olub. 1944-cü ildə doktorluq dissertasiyası müdafiə edib. Xidmətlərinə görə "Şərəf nişanı" ordeni və medallarla təltif olunub.
Kitabları
1. Pəncərə (şeirlər). Bakı: Azərnəşr, 1929, 72 səh.
2. Lirik şeirlər. Bakı: Azərnəşr, 1930, 50 səh.
3. M. Qorki. Bakı: Azərnəşr, 1932, 71 səh.
4. V. Mayakovski. Bakı: Azərnəşr, 1932, 48 səh.
5. Durna (şeirlər). Bakı: Azərnəşr, 1934, 168 səh.
6. Yeni tarix (şeirlər). Bakı: Azərnəşr, 1935, 113 səh.
7. Serafimoviç. Bakı: Azərnəşr, 1938, 14 səh.
8. T. Şevçenko. Bakı: Azərnəşr, 1939, 50 səh.
9. M. F. Axundov. Bakı: Azərnəşr, 1939, 36 səh.
10. A. S. Puşkin. Bakı: Azərb.SSR EA nəşriyyatı, 1941, 24 səh.
11. Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi. I cild. Baki: EAAzF nəşriyyatı, 1943, s. 3-18.
12. A. P. Çexov. Bakı: Azərnəşr, 1944, 46 səh.
13. M. F. Axundov (həyat və yaradıcılığı). Bakı: Azərnəşr, 1957, 393 səh.
Tərcümələri
(ruscadan)
1. V.Hüqo. Gülən adam. Bakı: Azərnəşr, 1927, 419 səh.
2. V.Hüqo. Paris Notr-dam kilsəsi. Bakı: Azərnəşr, 1936, 580 səh.
3. V.Hüqo. Səfillər (I hissə). Bakı: Azərnəşr, 1933, 301 səh.
4. V.Hüqo. Səfillər (II hissə). Bakı: Azərnəşr, 1933, 172 səh.
5. V.Hüqo. Səfillər (III hissə). Bakı: Azərnəşr, 1934, 229 səh.
6. V.Hüqo. Səfillər (VI hissə). Bakı: Azərnəşr, 1935, 278 səh.
7. V.Hüqo. Səfillər (V hissə). Bakı: Azərnəşr, 1935, 264 səh.
8. A.S.Puşkin. Bağçasaray fontanı.
Mikayıl Rəfili 1958-ci il aprelin 25-də vəfat edib. O, böyük türk şairi Nazım Hikmətlə yaxın dost idi. Onun ölümü Nazimə dərin təsir etmişdi, Nazım onun adını şeiri ilə əbədiləşdirdi. 5 iyun, 1958 -ci ildə Praqada bu şeiri yazdı:
Mikail Refiliye ağıt
neslimin yaprak dökümü başladı,
çoğumuz, kışa giremeyeceğiz.
deliye döndüm refili,
haberini alır almaz...
ne diyecektim...
aklında mı, mikail...
ama artık aklın yok,
burnun, ağzın, gözlerin yok,
kardeşim, bir kemik yığınısın
bakü'de bir mezarlıkta.
ne diyecektim...
moskova'da, bizde, bir yılbaşı gecesi,
sofrada, dibinde donanmış çam ağacının
kocaman bir oyuncak gibiydin pırıl pırıl.
pırıl pırıl gözlerin, dazlak kafan,
saygıdeğer göbeğin.
dışarıda geceye bulanmış karşı bir orman.
sana bakıp düşünüyordum:
eski şarap fıçısı gibi keyifli, hazret,
eski şarap fıçısı gibi sağlam.
benden çok sonra ölecek.
arkamdan bir de makale döktürür,
bir şiir yahut:
"nazım'la moskova'da 24'te tanıştım filan"
sahi, mikail, şair olabilirdin,
profesör oldun.
ama mesele bunda değil.
yapılan işin ya çok iyisi yaşıyor bizden sonra,
ya çok kötüsü.
seninki orta halliydi sanırım,
benimki de öyle.
yani, sesimiz bu kubbede kalacak diye
tesellimiz yok.
ben kendi payıma üzülmüyorum buna,
tesellisiz yaşamayı becerdim,
beceririm tesellisiz ölmesini de,
senin gibi refili.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(25.04.2026)


