Milli Məclisin Komitə sədri Fazil Mustafa “İrəvanda xan qalmadı” romanı barədə Featured

 

Azərbaycan Respublikası Milli Məclisinin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Fazil Mustafa yazıçı Varisə məktub ünvanlayaraq, yenicə işıq üzü görmüş “İrəvanda xan qalmadı” romanı barədə fikirlərini bölüşmüşdür.

 

Komitə sədri yazır:

“Tarixi yaddaşın bədii söz vasitəsilə yenidən dirçəldilməsi vətəndaş məsuliyyətinin önəmli ifadələrindən biridir. Sizin bu əsəriniz XIX yüzilin əvvəllərində baş verən mürəkkəb siyasi prosesləri, İrəvan xanlığının taleyini və həmin dönəmdə Azərbaycan torpaqlarında yaşanan dramatik hadisələri həm bədii təxəyyül, həm də tarixi faktların birgəliyində təqdim etməklə oxucuda tarixi düşüncə və milli yaddaş duyğusunu gücləndirir.

 Özəlliklə vurğulamaq istərdim ki, belə əsərlər toplumun tarix şüurunun möhkəmlənməsinə, milli yaddaşın qorunmasına və vətəndaş cəmiyyətinin mənəvi dayaqlarının güclənməsinə xidmət edir. Tarixi ədalətin bədii söz vasitəsilə ifadə olunması ictimai fikrin formalaşmasında, milli kimlik şüurunun möhkəmlənməsində özünəxas rol oynayır.

 İnanıram ki, “İrəvanda xan qalmadı” kimi əsərlər oxucular arasında tariximizə marağın artmasına, milli yaddaşın qorunmasına və Azərbaycan ədəbiyyatının yeni nəsillər üçün daha da cəlbedici olmasına mühüm töhfə verəcəkdir.”

 

“Ədəbiyyat və incəsənət”

(16.03.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.