“1 şair, 1 şeir”də Gündüz Sevindiyin “Fələstinli uşaq və...” şeiri Featured

 

“Ədəbiyyat və incəsənət” portalı 1 şair, 1 şeir rubrikasında bu gün sizlərə Gündüz Sevindiyin “Fələstinli uşaq və...” şeirini təqdim edir

 

Dünyanın sonudu bura bəlkə də,

Burda mələklər də günah axtarır.

Bu qara uşağın uşaq dünyası,

Allahsız ölkədə Allah axtarır.

 

Yeməyin üstündən yarımçıq durub,

Dünyanı qarpıztək kəsib yeyəcək.

Verməyin Anaya siz bu uşağı,

Bu uşaq anasın basıb yeyəcək...

 

Oxşamaz üzünü səhərin mehi,

Canında yaralar ulduz sayıdı.

Bütün yetimlərin uşaq taleyi,

Nədənsə eynidi, əkiztayıdı.

 

Kəsir vücudunu qışın sazağı,

Yatdığı yerdəcə donur az qala.

Hardasa görmüşəm mən bu uşağı -

... XOCALI... mən səni tanıdım, bala!

 

“Ədəbiyyat və incəsənət”

(26.02.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.