Ədəbiyyatşünaslığımızın görkəmli nümayəndəsi Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

"Kamal Talıbzadənin ədəbiyyatşünaslıq fəaliyyəti məhz milli-bədii və ədəbi-filoloji ənənəyə sədaqətin sabitliyi ilə seçilir. Məhz ona görədir ki, onun ən yaxşı tədqiqatları ədəbiyyat elmimizin milli problemləri sayılan və onun tarixində miqyaslı elmi şəkildə ilk dəfə irəli sürülən mövzulara həsr edilmiş əsərlərdir, xalqın fikir mədəniyyəti və onun tarixi barədə təsəvvürü zənginləşdirmiş olur" - Yaşar Qarayev

 

İdeoloji, basqıçı sosialist rejimində yaşamasına rəğmən  klassik bir ədəbiyyatşünas ömrü yaşayan, ömrünü xalqının ədəbi, mənəvi xəzinəsinin araşdırılmasına və çağdaş bədii təfəkkürünün təhlilinə həsr edən Kamal Talıbzadənin anım günüdür.

KamalTalıbzadə1923-cü il 14 avqustdaBakı şəhərində anadanolub. İlktəhsiliniburadaalanK.Talıbzadə sonralarAzərbaycanDövlətUniversitetininfilologiyafakültəsinibitiribvə 1945-ciildənetibarənAzərbaycanEA-nınNizamiadına Ədəbiyyat İnstitutundaelmifəaliyyətə başlayıb. Müharibə illərində Azərbaycan Radio komitəsində ştatdankənar müxbir olub.

 1948-ci ildə o, aspirantura təhsilini başa vuraraq "Abbas Səhhətin həyat və yaradıcılığı" mövzusunda dissertasiya müdafiə edib filologiya elmləri namizədi elmi dərəcəsi alıb. 1949–1952-ci illərdə İstitutda baş elmi işçi, 1952–1960-cı illərdə XIX-XX əsrlər şöbəsinin müdiri, 1960–1981-ci illərdə elmi işlər üzrə direktor müavini, 1980-ci ildə Azərbaycan EA-nın müxbir üzvü seçilib.

 1980–1986-cı illərdə tənqid tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, 1987–1994-cü illərdə yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin rəhbəri vəzifələrində çalışıb. 1991-ci ildən Abdulla Şaiq mənzil muzeyinin təşkilatçısı və direktoru olub, 1994-cü ildən isə AMEA-nın məsləhətçisi kimi işləyib.

 BDU-da, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda Yeni dövr Azərbaycan ədəbiyyatı və tənqid tarixindən dərs deyib. 1965-ci ildə Azərbaycan ədəbi tənqidinin tarixi və inkişaf xüsusiyyətləri ilə bağlı doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edən Kamal Talıbzadə "Müasir dövrdə dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları" respublika Əlaqələndirmə Şurasının sədr müavini, sədri olub.

1968-ci ildə müvəqqəti olaraq institutun direktoru, AMEA Rəyasət Heyətinin nəzdində olan elmi kadrların hazırlığı şurasının və ictimai elmlər üzrə elmi məlumat mərkəzi elmi şurasının üzvü, 1960–1981-ci illər institutun elmi Şurasının, doktorluq və namizədlik elmi şuralarının sədr müavini olub.

O, 1954-cü ildən Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin, 1965–1976-cı illərdə isə Rəyasət heyətinin üzvü olub, Kamal Talıbzadə müxtəlif illərdə "Azərbaycan" jurnalı və Azərbaycan KP MK-nın orqanı olan "Azərbaycan kommunisti" jurnalının redaksiya heyətində fəaliyyət göstərib.

 1980–1987-ci illərdə Sovet Türkoloqları komitəsinin üzvü kimi fəaliyyət göstərib. 1972-ci ildə professor seçilib. İlk mətbuu əsəri - Sovet İttifaqı Qəhrəmanı Adil Quliyevə həsr etdiyi oçerki 1944-cü ildə "Azərbaycanın şanlı oğulları" kitabında çap olunub.

 

Əsərləri

1. Azərbaycan sovet ədəbiyyatı sülh və demokratika uğrunda

2. Abbas Səhhət

3. Qorki və Azərbaycan

4. XX əsr Azərbaycan tənqidi

5. Tənqidimiz haqqında qeydlər

6. M. Qorki haqqında məqalələr məcmuəsi

7. Ədəbi irs və varislər

8. Vətəndaş şair (Abbas Səhətin anadan olmasının 100 illiyi münasibətilə)

9. Sənətkarın şəxsiyyəti

10. Şaiqanə yad et (xatirələr, məqalələr, bədii əsərlər)

11. Azərbaycan ədəbi tənqidinin tarixi

 

1983-cü ildə isə ona "Əməkdar elm xadimi" fəxri adı verilib. Elmi işindəki müvəfəqiyyətlərinə görə, xüsusilə, milli tənqidi fikrin tarixi mənzərəsini əks etdirən "Azərbaycan ədəbi tənqidinin tarixi" adlı əsərinə görə 1986-cı ildə ona Azərbaycan SSR Dövlət mükafatı təqdim edilib.

 

 1985-ci illərdə "Bilik Cəmiyyəti", mükafatına layiq görülüb. 1993-cü ildə Azərbaycan Elmlər Akademiyası alimi fəxri fərmanlarla təltif edib, onun nəşr olunan əsərləri beş dəfə mükafatlandırılıb. Kamal Talıbzadə 1970ci ildə "Fədakar əməyə görə" medalı ilə təltif olunub.

 1984-cü ildə SSRİ-nin, 1987-ci ildə Azərbaycanın "Əmək veteranı" medalları ilə təltif edilib.  "Qabaqcıl maarif xadimi" fəxri adlarını alıb. Azərbaycan Jurnalistlər İttifaqı isə 1998-ci ildə tədqiqatçıya "Qızıl Qələm" mükafatını və "Kamaliyyə" diplomunu təqdim edib.

Alim 19 yanvar 2006-cı ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.