İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Qazax yazarlar diyarı deyilmi?
Bu torpaqdan say-seçmə yazarlar çıxıblar, başqa hansı bölgə öz qələm əhlinin sayı ilə Qazağa tən gələ bilər axı?
Və bu sırada bir yazar da var.
O nasirdir, publisistdir, tərcüməçidir.
O Vaqif Nəsibdir.
Bu gün yazıçı 87 yaşını qeyd edir.
Vaqif Nəsib 1939-cu il yanvarın 16-da Qazax şəhərində anadan olub. Burada orta məktəbi bitirib ADU-nun filologiya fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə "Azərbaycan gəncləri" qəzeti redaksiyasında ədəbi işçi kimi başlayıb. "Na boyevom postu" ("Mübariz keşikdə") qəzeti redaksiyasında məsul katib, "Azərbaycan pioneri" qəzeti redaksiyasında şöbə müdiri vəzifələrində çalışıb.
Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında böyük elmi redaktor, "Qobustan" jurnalı redaksiyasında məsul katib, "Gənclik" nəşriyyatında baş redaktorun müavini, "Azərbaycan" jurnalında publisistika şöbəsinin müdiri vəzifələrində çalışıb. Bədii yaradıcılığa 1957-ci ildə dərc etdirdiyi şeirləri ilə başlayıb. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış edib. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunub.
Əsərləri
1. Çəpiş
2. Görüş
3. Durna günü
4. Salam, Əskipara yolu
5. Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyev
6. Bağçadanməktəbə.
Tərcümələri
1. Radi Fiş. Nazim Hikmət.
2. V. Brestov. Oxumağa gedirəm.
3. S. Marşak. Həzin nağıllar.
Filmoqrafiya
- Maqarıç
- Adsız su
“Ədəbiyyat və incəsənət”
(16.01.2026)


