Gəncənin və Borçalının Xəzangülü Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Yazıçılardan kimin yolu Gəncəyə düşürsə, mütləq Xəzangül xanımı arayır. O, axı Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin sədridir. Vəzifəsini, işini, ədədbiyyatımızı, Gəncəni, bir də ata yurdu Borçalını çox sevir bu xanım. Yaradıcılığı da torpağa, yurda, insanlara sevgi təlqin eləyir.

 

Xəzangül Hüseynova 1947-ci il dekabr ayının 17-də Gürcüstanın Borçalı qəzasının Qirixlı kəndində doğulub. Orta məktəbi qızıl medalla, Gəncə Dövlət Pedaqoji İnstitunun Kimya-biologiya fakültəsinin kimya şöbəsini fərqlənmə diplomu ilə bitirib. Yazıçı-filoloq, əməkdar müəllim, professor Bağır Bağırov "Xəzangül" adlı kitabını onun yaradıcılığına həsr edib. Şair İmir Məmmədlinin tərcüməsində "Ekvebi" adlı kitabı gürcü dilində nəşr olunub.

"Məhəbbətin qənimi" adlı mənzum pyesi Gəncədəki C. Cabbarlı adına dram teatrında müvəffəqiyyətlə tamaşaya qoyulub. Gəncə şəhəri, N. Rəfibəyli adına 43 nömrəli orta məktəbin direktorudur. 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2014-cü il sentyabrın 10-dan Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin sədridir.

2008-ci ildən Türkiyə Avrasiya Yazarlar Birliyinin üzvüdür.  2014-cü ilin Prezident təqaüdçüsüdür. Beynəlxalq Rəsul Rza mükafatçısı və həmçinin Mikayıl Müşfiq mükafatçısıdır. 27 noyabr 2017-ci ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.

 

Kitabları

- Qaya üstə bitən çiçək

- Yeddinci göylə söhbət

- Ömür şikəstəsi

- Ekvebi (gürcü dilində)

- Günəş məni aldadır

- Könlümdən baxan günəş

- Özümü axtarıram.

 

Xəzangül xanımı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edirik. Ömür bağçasının güllərini heç zaman xəzan vurmaması diləyi ilə.

 

“Ədəbiyyat və incəsənət”
(17.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.