“Ədəbiyyat və incəsənət” portalının Bir məktub, bir şeir rubrikasıında əməkdaşımız Nail Zeyniyevin yazdığı“Axı” qəzəlini təqdim edirik.
Qəlbimdən süzülür köksümə həsrət göz yaşı axır,
Yarı yola çatmamış bezdirdi canımdan axır.
İlahi, nə müşkül işmiş bizə sevinc bağışlamaq,
Neyçün gözləri kor keçir yanımdan axı?
Zülmətdən qara bir göz gördüm asimanında,
Elə bil doğmamdı, deyil öz qanımdan axı?
Üstümdə qəmdən başqa nə varsa yığıb, aparır,
Danışır öz-özünə olmayan sanımdan axı.
O ki, nə qüdrətə sahibdir, bilmirəm amma,
Fırtına qopsa uçurar, nə istər damımdan axı?
Əksini görsən saf suda, Nail, etibar eyləmə,
Dağlarda dilə gələcək bilirəm ahımdan axı...
“Ədəbiyyat və incəsənət”
(11.12.2025)


