İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
-Fatı dur, Fatı otur!
Məşhur “Qatarda” teletamaşasında Yaşarf Nurinin canlandırdığı obraz əlbət ki hamının yadındadır. Bu tamaşa görkəmli yazıçımız İsi Məılikzadənin ssenarisi əsasında çəkilibdir.
İsi Məlikzadə 1934-cü il mayın 1-də Azərbaycanın Ağcabədi rayonunda anadan olub. Orta təhsilini Ağcabədidə Xəlfərəddin kənd orta məktəbində, ali təhsilini indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində alıb.
"Əzizbəyovneft" mədənlər idarəsində operator, yerüstü avadanlıq ustası, Azərbaycan Kommunal Təsərrüfatı Nazirliyi Başqaz idarəsində böyük mühəndis, şöbə rəisinin müavini, "Ulduz" jurnalı redaksiyasında publisistika şöbəsinin müdiri, məsul katib, Azərbaycan Dövlət Nəşriyyatında redaktor, Cəfər Cabbarlı adına "Azərbaycanfılm" kinostudiyasında ssenari redaksiya heyətinin üzvü, "Azərbaycan" jurnalı redaksiyasında nəsr şöbəsinin müdiri, "Ulduz" jurnalı redaksiyasında nəşr şöbəsinin müdiri, "Mozalan" satirik kinojurnalında böyük redaktor, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor vəzifələrində işləyib.
Azərbaycan bədii nəsrinin XX əsrdə yetirdiyi görkəmli söz ustalarından biridir İsi Məlikzadə. XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan İsi Məlikzadə ədəbiyyatda heç kimə bənzəməyən, özünəməxsus fərdi yaradıcılıq qabiliyyəti, üslubu ilə xalqın yaddaşından silinməyən bir sənətkardır. Əmək fəaliyyətinə neft mədənlərində operator kimi başlayan İsi Məlikzadə gənc yaşlarından həm də ədəbi yaradıcılıqla da məşğul olub.
O, hələ orta məktəbdə təhsil alarkən təşkil olunan dram dərnəklərində fəal iştirak edib, müxtəlif dram əsərlərində fərqli obrazlar yaradıb, ədəbi-bədii yaradıcılıq gecələrində şeirlər söyləyib. Yazıçı bədii yaradıcılığına kiçik hekayələrlə başlayıb. Ancaq İsi Məlikzadənin bədii nəsrində-povestlərində XX əsrin 70-80-ci illərində cəmiyyəti narahat edən, düşündürən sosial-fəlsəfi problemlər qaldırılıb.
1964-cü ildə İsi Məlikzadənin "Həsrətin sonu" adlı ilk kitabı işıq üzü görüb. Sonrakı illərdə isə "Özgə anası" (1969), "Kövrək qanadlar" (1973), "Küçələrə su səpmişəm" (1977), "Yaşıl gecə" (1979), "Günəşli payız" (1982), "Dədə palıd" (1984), "Gümüşgöl əfsanəsi" (1987), "Şehli çəmənlərin işığı" (1991), "Dolaşaların Novruz bayramı" (1992) adlı kitabları nəşr olunub.
İsiMəlikzadə 5 dekabr 1995-ciildə 61 yaşındavəfatedib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(05.12.2025)


