“Biri ikisində” – Faroqat Cabbarovanın şeiri ilə Featured

                                    

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Şeir vaxtıdır, sizlərə çağdaş türk dünyasının gənc şairlərinin  şeirləri təqdim edilir.

 

Faroqat CAB­BA­RO­VA

(Türkmənistan)

 

1987-ci il­də Türk­mə­nis­tan­da ana­dan olub. Or­ta təh­si­li­ni 1998-ci il­dən eti­ba­rən Öz­bə­kis­tan­da da­vam et­di­rib. Öz­bə­kis­tan Döv­lət Dün­ya Dil­lə­ri Uni­ver­si­te­tin­dən,  Çin Xalq Res­pub­li­ka­sı Mər­kə­zi Mil­li Uni­ver­si­te­tin­dən mə­zun olub. Şe­ir və he­ka­yə­lər­dən iba­rət 4 ki­tab mü­əl­li­fi­dir.

 

***

Sabah hər şey yaxşı olar,

Səksəkəli günün nəsihətidir.

Mənimlə çarpışan hər səhər-axşam

Sonsuz sabahların tək ümididir.

 

"Sabah hər şey, əlbət, yaxşı olacaq!"

Anam duyar daim mənim sözümü.
Bitməz bu sabahın yeni sabahı,

Anamı aldatdım,  yoxsa özümü?

 

Qədəhlər coşquyla dolur yeni il,

Hər il çoxlu-çoxlu bizə  vəd verir.

İllərin illərdən fərqi yoxdu ki,

Günlər də, aylar da eyni dad verir.


                Uyğunlaşdırdı: Məleykə Mirzəli

 

 

“Ədəbiyyat və incəsənət”

(03.12.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.