Biri ikisində” – Tural Adışirinin şeiri ilə Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Şeir vaxtıdır, sizlərə çağdaş türk dünyasının gənc şairlərinin  şeirləri təqdim edilir.

 

Tural ADIŞİRİN

(Azərbaycan)

 

 

Gedirsən, küsən sən, alışan mənəm,

Qəlbimə qar yağır, bir qar yağır ki.

Telefon zəng çalır, danışan mənəm,

Necəsən, ürəyin ağrımayır ki?..

 

Gedirsən, dilimdə titrəyir adın,

Baxıram ardınca dərdli baxışla.

Telefon zəng çalır, mənəm, günaydın,

Bağışla, əzizim, məni bağışla.

 

Gedirsən, qəzəbin ayrılaq deyir,

Deyirəm hər hökmü ürəyincə seç.

Telefon zəng çalır, sabahın xeyir,

Əzizim, bu gecə yatmısanmı heç?..

 

Gəl, qəmi, sevinci səninlə bölüm,

Sevgi oyun deyil, bunu yaxşı bil.

Gəl yorma özünü, sevərək, gülüm,

Ayrılmaq o qədər asan iş deyil.

 

 

“Ədəbiyyat və incəsənət”

(02.12.2025)

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.