Bir şair, bir şeir rubrikasında Nail Zeyniyev Featured

 

“Ədəbiyyat və incəsənət” portalının Bir şair, bir şeir rubrikasında bu gün sizləri elə öz əməkdaşımız, bu yaxınlarda  "Peşmanlıq Nəğmələri" kitabın işıq üzü görmüş Nail Zeyniyev ilə görüşdürəcəyik.

 

NAİL ZEYNİYEV,

“ÖMÜRLÜK GÜLMƏYƏN ADAMLAR KİMİ”...

 

Gün üzü görməyən şeirlərim var,

Gün üzü görməyən adamlar kimi.

Mən elə yaşadım ömrümü, vallah,

Eşq nədir bilməyən adamlar kimi.

 

Sınandım haqq ilə, sınandım şərlə,

İçimdə böyüyən qəmlə, kədərlə.

Bəzən yorğunluqla, bəzən hünərlə,

Dərdini bölməyən adamlar kimi.

 

Başımı əymədim, başım dik oldu,

Qürurum özümə ağır yük oldu.

Mən elə ah çəkdim, ömürlük oldu,

Ömürlük gülməyən adamlar kimi.

 

“Ədəbiyyat və incəsənət”

(02.12.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.