“Biri ikisində” – Rızkul İzatovanın şeiri ilə Featured

                                    

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Şeir vaxtıdır, sizlərə çağdaş türk dünyasının gənc şairlərinin  şeirləri təqdim edilir.

 

 

Rızkul İZA­TO­VA

(Qırğız)

 

13 may 1994-cü il­də Qır­ğız Res­pub­li­ka­sı­nın Na­rın böl­gə­si­nin Koç­kor eli­nin Ten­dik kən­din­də ana­dan olub. Dün­ya Gənc Türk Ya­zar­lar Bir­li­yi­nin üz­vü­dür.


YENƏ MƏNİ GÖZLƏRMİSƏN...

 

Könül əgər qırılarsa, düzəlməz,
Görməz olar... Bütün yollar qarışar.
Gül üzündən vaz keçməyi bacarmaz,
Başqasıyla ağıl necə barışar?

Qaş çatılı, ürək üzgün, həvəs yox,
Bu hal ilən, deyin, necə yaşaram?
Çox adamın eşqinə mən susqunam,
Qayğıların ağuşunda çaşaram.

Əsil adam, dinlə mənim sözümü,
Xoşbəxtliyin üçün əngəl olamam.
Yaraşıqlım, bu eşqin yox çözümü,
Özgəninəm, gəlib səndə qalamam.
Yenə məni gözlərmisən hələ sən...

 

Uyğunlaşdırdı: İbrahim İlyaslı

 

 

“Ədəbiyyat və incəsənət”

(27.11.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.