“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Şeir vaxtıdır, sizlərə çağdaş türk dünyasının gənc şairlərinin şeirləri təqdim edilir.
Nofəl ÜMİD
(Azərbaycan)
AYRILIĞIN DOĞUM GÜNÜ
Bilmədim, yarana duz kimi oldum,
Göz yaşım yusa da, acın dinmədi.
Bələk qollarında uşaq kimiydim,
Təkcə sən bilirdin, kimsə bilmədi.
Sevib gedənləri tənbeh edərək
Hər günü ən gözəl başa vururduq.
Ağla qara kimi doğulsaq belə,
Köklə budaq kimi qoşa dururduq.
Bu gün ayrılığın doğum günüymüş,
Gəlmək istəyərsən, sən də gələrsən.
Hamı yaşamağı öyrətdi mənə,
Sevib öldürməyi sən öyrədərsən.
“Ədəbiyyat və incəsənət”
(21.11.2025)


