“Biri ikisində” – Kıyalbek Kamıtoğlunun şeiri ilə Featured

                                    

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Şeir vaxtıdır, sizlərə çağdaş türk dünyasının gənc şairlərinin  şeiriləri təqdim edilir.

 

Kıyalbek KA­MI­TOĞ­LU

(Qırğız)               

 

29 Mart 1983-cü il­də Qır­ğız Res­pub­li­ka­sı­nın Oş böl­gə­sin­də ana­dan olub. Ya­zar və na­şir­dir. “Kənd sə­hə­ri”( “Ayıl ta­nı”) ad­lı bə­dii ki­ta­bın mü­əl­li­fi­dir. Pe­da­qo­gi­ka elm­lə­ri sa­hə­sin­də isə 30-dan çox ki­ta­bı çap olu­nub.  

 

AY­LI BİR GECƏDƏ

 

Bürünərkən qərb qızıl pərdəyə,

Boz atını çapdı axşam gecəyə.

Geniş səma, nadinc üfüq, təbiət

Ay nuruyla qərq olmaqda  nəşəyə.

Qurbağalar qur-qur... əsər ilıq yel,

Nəcə aydın bir gecədir, mükəmməl.

“Aydakı su daşıyan qız harda” – deyir,

Atasına sığal çəkib bir gözəl.

Nə xoş gəlir şırıltılı su səsi,

Gəzir suda ayın parlaq şöləsi.

Çarpayıdakı nənənin qoynunda

Körpə sevinclə sayır ulduz dəstəsi.

Kişnəyir bir at da ağıl tərəfdən,

Bir oğlan fit çalır öz sevdiyinə.

Xalalar da çox qapı açır demədən,
Aşiqlər məşuqun qoynunda ikən.

 

Uyğunlaşdırdı: Məleykə Mirzəli

 

“Ədəbiyyat və incəsənət”

(14.11.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.