Şair İbrahim Göyçaylının 89-u Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Uzaq haraylara isinmir ürək!

Əlbəttə ki, halına yanan nə qədər yaxında olsa bir o qədər təsəllisi də güclü olar.

Ümiddən uzun gecə.

Bu dünyada ən uzun nəsnədir ümid, boşuna demirlər ki ümid sonda ölür. Amma ayrılıq adlı bir kabus var ki, xüsusən onu gecələr çəkmək ağır dərddir. Ümiddən uzun gecə ibarəsi də buradan yaranıbdır.

 

Şair İbrahim Göyçaylının şeirlərində ədəbi tənqidin fikrincə lirika çox dərindir. Bu da həmin şeirləri oxucuya sevdirir.

İbrahim Göyçaylı 1936-cı il, noyabrın 12-də Göyçay rayonunun Alıkənd kəndində anadan olub. Yəni, Göyçaydan çıxmış böyük şairlər sırasında Rəsul Rza, Əli Kərimlə yanaşı İbrahim Göyçaylının da adı vardır.

1943-cü ildə o, Göyçay şəhərində orta məktəbə gedib. 1953-cü ildə məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb.

O, ümumilikdə, Azərbaycan Dövlət Radiosunda 40 ilə yaxın müddətdə fəaliyyət göstərib, radionun formalaşmasında xüsusi xidmətləri olub.

Əmək fəaliyyətinə qəzetdə müxbir kimi başlayıb. Sonra Azərbaycan Dövlət Nəşriyyatında redaktor, "Mədəni ticarət", "Za kulturnuyu torgovli" qəzetlərində baş redaktor, Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətində redaktor, şöbə müdiri, baş redaktor kimi vəzifələrdə çalışıb. 1983-cü ildən 2007-ci ilə qədər baş redaktor müavini vəzifəsində fəaliyyət göstərib.

 

2006-cı ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Əməkdar mədəniyyət İşçisi fəxri adına layiq görülüb. Yüzdən çox şerinə mahnılar bəstələnib, tanınan sənətkarlar tərəfindən ifa olunub.

 

Kitabları

1. Dalğalar qoynunda

2. Yadigar sözlər

3. Gözlərinin işığında

4. Qərənfil işığı

5. Ulduzlar nədən danışır

6. Uzaq haraylara isinmir ürək

7. Ümiddən uzun gecə

 

İbrahim Göyçaylı 2007-ci il, fevral ayının 24-də, uzun sürən xəstəlikdən sonra 70 yaşında vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(12.11.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.