“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Şeir vaxtıdır, sizlərə çağdaş türk dünyasının gənc şairlərinin şeirləri təqdim edilir.
Sayat KAMŞIQER
(Qazaxıstan)
1 may 1978-ci ildə Qazaxıstanın Semey şəhərinin Kezensu kəndində doğulub. Qazaxıstan Yazıçılar Birliyinin üzvü, Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının üzvüdür.
SƏNƏ...
Minlərcə sual var, buraxmaz məni,
Quşları gözləyən bir bağ kimisən.
Çalış ki, itirmə, itirsən əgər,
Tapmazsan, min il də məni sən gəzsən.
Damarlar təzyiqdən gərilir sanki,
Qışqırmaq üzrədir gücüm-qüvvətim.
Ruhum istədiyi yeganə şey var –
Şirin sözün və qoynundur həsrətim.
Minlərcə sual var, buraxmaz məni,
Gələcək günlər də müəmma dolu.
Qırma ürəyimi, qırma heç zaman,
Qırılsam, tapmaram toplanmaq yolu.
Susadım bu eşqin yağmuruna mən,
Duyğularım saralmadı, solmadı.
Səndən tək istəyim yanımda olmaq,
Gülüşündən, gözlərindən doymadım.
Uyğunlaşdırdı: İntiqam Yaşar
“Ədəbiyyat və incəsənət”
(05.11.2025)


