“Biri ikisində” – Mehrinaz Abbasın şeiri ilə Featured

                          

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Şeir vaxtıdır, sizlərə çağdaş türk dünyasının gənc şairlərinin  şeiriləri təqdim edilir.

                  

Mehrinaz AB­­BAS

(Özbəkistan)

 

1995-ci il­­də Öz­­bə­­kis­­ta­­nın Nə­­mən­­qan vi­­la­­yə­­ti­­nin Çar­­taq ra­­yo­­nun­­da ana­­dan olub. Şa­i­­rə­­nin “Mən gənc­­li­­yəm”,Ul­­duz­­rəng mah­­nı ad­­lı şe­­ir ki­­tab­­la­­rı çap edi­­lib.

 

 

HƏVƏS

 

Kədərlər dünənki, hisslər sahibsiz,

Taleyinə dözüb çəkilir geri.

Ağaclar bir kübar xanımlar kimi,

Əlini sallayır, süstdür hissləri.

 

Yetim yarpaqları sürüyür külək,

Ev-eşiksiz yağış təntik küçədə.

Ədalətdən imiş payız – dərd fəsli,

Heç dözmək olarmı bu ədalətə?!

 

O payız ağaclar gözləməz şəfqət,

Bəzən həvəslərə dolar bu könlüm.

Nə çoxmuş itkinin haqqı-hörməti,

Necə gözəl imiş siz tapan ölüm.

 

Uyğunlaşdırdı: Rəhmət Babacan

 

 

“Ədəbiyyat və incəsənət”

(28.10.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.