“Ədəbiyyat və incəsənət” portalının Redaksiyanın poçtundan rubrikasında yenidən sizlərlə şair, AYB üzvü Çoşqun Xəlilğlunu görüşdürürük. Bu dəfə o, “Oğuza güvən” deyir.
Coşqun XƏLİLOĞLU
OĞUZA GÜVƏN
Danışsan, elə danış,
Dediyin sözə güvən.
Bir iş görsən, Allaha -
Xaliqə-“Düz”ə güvən.
Dərindən düşün, anla,
Qanı yumazlar qanla.
Nə dost olma nadanla,
Nə də hər kəsə güvən.
Yazmaq elə-beləmi?
Gəl, güldürmə aləmi,
Ələ alsan qələmi,
Qəlbində közə güvən.
Dağ dərdi vardır dağın,
Dağmı, hər dağ sandığın?
Halalca qazandığın,
Çörəyə, duza güvən.
Bir bax, yolu seçəndə,
Boylan, bərəyə-bəndə
Azsan dumanda, çəndə
Cığıra, izə güvən.
Coşqun, həyatı anla,
Yarış gedir zamanla,
Ucal Azərbaycanla,
Kökə-Oğuza güvən.
“Ədəbiyyat və incəsənət”
(19.09.2025)


