“Bitsin savaş” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Ədəbiyyatı Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Parsabadda yaşayan Vida Heşmətidir.
Vida Heşməti
Təbriz
BİTSİN SAVAŞ
Yenə bu köndələn yer kürəsi,
Dumana bələdi dağlarını.
Göyündə qaraldı göyərçinlərin
ağuuuş dimdikləri
Lalalar yallılanır torpaqları.
Yenə okeanların nefti üzərində
Qumarlaşır naqqalar.
Yenə generalların əllərində oyuncaq oldu
Ürəyi kabab adaxlı qızın əsgər nişanlısı.
İtdi-batdı nişan bəlgəsi
Hələ xəritə çəkir imperiyalların
günəş gözlüyü
Qaraqançıl köksündə.
Uşaqların bayram sevinci isə
Boy atırdı ayaqqabılarında
Oysa boğuldu xonçasında.
Anasının ləçəyi yaş,
Cibində məktubu sevginazlanan oğlanın
Tapılmadı bir pişikyolu da.
Yenə görəsən boylanacaq əriklər
Tüstülü ağaclardan?!..
“Ədəbiyyat və incəsənət”
(12.09.2025)