“Ədəbiyyat və incəsənət” portal dəyərli şairimiz Rüstəm Behrufinin qeydlərini diqqətinizə çatdırır.
Ramiz Rövşən ustad şairimiz.
Buna söz yox!
O həm də dəyərli bir dostdu.
30-40 illik dostluğumuz var! Bizi bir zamanlar dəyərli ədəbiyyat adamı Natiq Səfərov tanış eləmişdi. Qəbri nurla dolsun.
Dünən Ramizə əhvalını soruşmaq üçün telefon açdım. Çox şükür, sağlamlığı yerində.
Bir az da yazı-pozudan danışdıq.
Belə bir dialoq keçdi aramızda:
NƏ YAZMIŞIQ KİFAYƏTDİ,
BUNDAN SONRAKI QƏNİMƏTDİ...
Sağollaşıb, vidalaşdıq.
5 səqiqədən sonra Ramizdən zəng gəldi:- Dediyimə arxayınlaşma, bayaq dediyim sözlər
TƏNBƏLLİYƏ BƏRAƏTDİ!
Sənə cansağlığı, sağlam ömür arzulayıram, dəyərli Ramiz Rövşən, dəyərli qardaş--"sözün tozuni almaq"dan daha çox, onu layiq olduğu məqama qaldıran adam!
“Ədəbiyyat və incəsənət”
(09.09.2025)