Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Ədəbiyyat fənnindən summativ qiymətləndirmə keçirərkən,adətən,mövzu verirəm ki,özünüzdən hekayə,esse və s.yazın.
Hekayələri qiymətləndirəndə isə müəllifin adını çəkmədən oxuyuram,şagirdlər özləri səs verirlər.
Bir dəfə VI sinifdə iki şagird eyni sayda səs qazandılar.
Hekayənləri təkrar oxudum ki,bir də səsvermə edək ki,qalib bilinsin.
Uşaqlar səs verəndə yazı müəlliflərindən biri əlləri ilə gözlərini tutdu,səsvermədən sonra gözlərini açdı...
Mənə maraqlı gəldi.
Tənəffüsdə həmin şagirdi sinifdə saxlayıb gözünü bağlamağının səbəbini soruşdum.
Şagird dedi:
-Müəllim, gözlərimi bağladım ki,uşaqlar mənim onlara baxmadığımı görüb düzgün səs versinlər. Birdən dostlarım üzə düşüb mənə səs verərlər.
Gözlərim doldu, alnından öpüb yola saldım.
O gün bir müəllim ŞAGİRDİNDƏN dərs aldı...
“Ədəbiyyat və incəsənət”
(08.09.2025)