“Ədəbiyyat və incəsənət” portalı Qısa fikirlər xəzinəsində sizlərə Qərb mənbələrində qəlb şairi adını almış böyük şairimiz Məhəmməd Füzulinin fikirlərini təqdim edir.
Məhəmməd FÜZULİ:
Ey səxavət mənbəyi, ey varlığı icad edən!
...Ey təbib-i qəlb olan, ey həll edən müşkülləri!
...Qibləgahım, olmaram qul Sən-dən özgə kimsəyə,
Tanrısan, ruzi verənsən, yoxdu Sən-dən digəri!
...Səndən oldu qəlbimiz hər gizli sirrin məzhəri!
***
Hər riştə ki, Həqq əyan edibdir,
Sərriştəsini nihan edibdir...
***
Bir kimsə əgər olaydı agah
Kim, xəlqi necə yaratdı Allah.
Mümkün ki, iradətilə ol həm
Xəlq edəydi özgə aləm.
***
Xəlqə Xaliq qeybdən nemət verib qıldıqda şad,
Həqqə şükr etmək gərək ta kim оla nemət ziyad.
***
Əndişeyi-zat qılmaq olmaz,
Bilmək yetər ki, bilmək olmaz.
***
Nə bilir oxumayan müshəfi-hüsnün şərhin,
Yerə göydən nə üçün endiyini Quranın.
***
Ey Füzuli, müttəsil dövran müxalifdir mana,
Qaliba, ərbabi-istedadı dövran istəməz.
***
Bu aləm kim, könül, qeydin çəkərsən, möhnətü-qəmdir...
***
Əql meydanını zindani-bəla bilməz hənuz,
Kim ki bir müddət cünun mülkünü seyran etmədi.
***
Füzuli, dəhrdən kam almaq olmaz olmadan giryan;
Sədəf su almayınca əbri-nisandan gühər verməz.
***
Kəmali-cəhl ilə davayi-irfan eyləmək olmaz.
***
Əsiri-nəfsdir əhli-cahan, bilməz fəna qədrin...
“Ədəbiyyat və incəsənət”
(01.09.2025)