İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Dağlılar... Azərbaycan ədəbiyyatında əsasən Xızı rayonunda məskunlaşmış bu etnik qrupa aid çox böyük dühalar yetişibdir. Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Cabir Novruz...Və bu sırada bir ad da var – Seyfəddin Dağlı.
Sovetlər dönəmində bir kitab var idi, əl-əl gəzirdi. Kitab oxuyan hər kəs onu oxumuşdu. Müəllifi Seyfəddin Dağlı idi, kitabsa “Kəcil qapısı” adlanırdı... Bu gün həmin kitabın müəllifinin doğum günüdür...
Azərbaycan yazıçısı, şair Seyfəddin dağlı 1921-ci avqustun 27-də Xızıda doğulub. Bir müddət "Kommunist" və "Ordu" qəzetlərində müxtəlif vəzifələrdə çalışıb. Dövlət Radio Komitəsində baş redaktor, sonra Bakı Telestudiyasının direktoru və sədr müavini vəzifələrində çalışıb. Uzun müddət "Kirpi" jurnalının baş redaktoru olub. "Azərbaycanfilm" kinostudiyasında ssenari redkollegiyasının üzvü, "Yazıçı" nəşriyyatında redaktor vəzifəsində çalışıb.
1948-ci ildə "Dəniz kəşfiyyatçısı" adlı kitabı nəşr edilib. "Adı sənin, dadı mənim", "Aydınlığa doğru", "Mənziliniz mübarək", "Təzə gəlin", "Kölgələr pıçıldaşır" pyesləri, "Bahar oğlu", "Məşəl", "Kəcil qapısı", "Sabiqlər" və sair kitabları geniş oxucu kütləsinin rəğbətini qazanıb.
Filmoqrafiya
1. Onun bəlalı sevgisi
2. Qayınana
3. Adı sənin, dadı mənim
4. Gecəniz xeyrə qalsın
5. Kommunist
6. Solmaz bir bahar kimi
Seyfəddin Dağlı Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanına layiq görülüb.
18 yanvar 1983-cü ildə vəfat edib. Bakı şəhərinin Yasamal rayonunda adına küçə var.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(27.08.2025)