Ədəbiyyatşünaslıq və ədəbiyyat tarixi üzrə adını əbədiləşdirmiş ƏLİ SULTANLI Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü Əli Sultanlı! Ədəbiyyat elmi ilə məşğul olanlar və bədii ədəbiyyatla maraqlananlar bu adı çox eşidiblər. Eşitməyənlər üçün haqqında danışacağam.

 

Bu gün onun anım günüdür həm də.

1906-cı il dekabrın 25-də Naxçıvan şəhərində bənna ailəsində doğulub. İlk təhsilini Naxçıvanda alan Əli Sultanlı 1923-cü ildə Naxçıvan Müəllimlər Seminariyasına qəbul olunub və 1928-ci ildə oranı bitirib O, bir müddət "Şərq qapısı" qəzetində ədəbi işçi vəzifəsində çalışıb.

1929-cu ildə Bakıya gəlib, ADU-nun xarici ölkələr ədəbiyyatı tarixi kafedrasında assistent və ömrünün sonuna kimi respublikanın ali məktəblərində, elmi-tədqiqat institutunda dünya və Azərbaycan ədəbiyyatından dərs deyib və geniş elmi-tədqiqat işi aparıb. Xarici ölkələr ədəbiyyatın tarixi kafedrasına rəhbərlik edib,  ADU-nun prorektoru vəzifəsində çalışıb. O, bir sıra dərsliklər, müntəxəbatlar, tədqiqat əsərləri yaradıb.

"Antik ədəbiyyat tarixi", "Roma ədəbiyyatı müntəxəbatı", "Antik ədəbiyyatı müntəxəbatı" kimi dərsliklərin, "Azərbaycana dramaturgiyasının inkişaf yolları", "Nizami və Qərbi Avropa ədəbiyyatı" və s. görkəmli əsərlərin müəllifi kimi şöhrət qazanıb

O, Azərbaycan alimləri arasında birinci dəfə 1939-cu ildə xarici ölkələr ədəbiyyatı, sahəsində filologiya elmləri namizədi alimlik dərəcəsi, 1946-cı ildə isə filologiya elmləri doktoru alimlik dərəcəsi alıb. Partiya və Hökumət Sultanlının xidmətlərini yüksək qiymətləndirərək onu 1940-cı ildə SSRİ Ali Sovetinin fərmanı ilə, Əmək igidliyinə görə medalı ilə təltif edib.

 

Əsərləri

1. V. Hötenin yaradıcılıq yolu

2. M. F. Axundovun dramaturgiyası

3. Mopassanın hərbi novellaları

4. Azərbaycanda xalq draması

5. Roma və Yunanıstanda ədəbiyyatşünaslıq və estetika məsələləri

6. Şekspir və onun on ikinci gecəsi

7. Antik dövrdə ədəbiyyat və ədəbiyyatşünaslıq məsələləri

 

Əli Sultanlı 1960-cı il iyulun 18-də Bakıda vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(18.07.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.