Tez gələsən, bəlkə əlac edəsən... Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Ədəbiyyat tariximizdə qadın poeziyasının zirvəsi, ən gözəl lirik şeirlərin müəllifi -

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xalq şairi Nigar Rəfibəylini bu gün xatırlamağa borcluyuq, bu gün onun anım günüdür.

 

Nigar Rəfibəyli 1913-cü il iyunun 23-də Gəncə şəhərində anadan olub. Bakı Pedaqoji Texnikumunu bitirib. Moskvada Pedaqoji İnstitutda təhsilini davam etdirib. Bakı kinostudiyasında ssenari şöbəsində, eyni zamanda fəhlə-gənclər məktəbində, "Azərnəşr"də bədii-ədəbiyyat şöbəsində tərcüməçi və redaktor, "Uşaqgəncnəşr"də bədii ədəbiyyat şöbəsində redaktor  vəzifələrində işləyib. Xidmətlərinə görə "Şərəf" nişanı, orden və medallarla təltif olunub.

 

"Çadra" adlı ilk şeiri 1928-ci ildə "Dan ulduzu" jurnalında dərc edilmişdir. 1934-cü ildə nəşr olunmuş ilk "Şeirlər" kitabı Azərbaycan qadınlarının yeni həyat quruculuğunda iştirakından bəhs edir. "Dolores İbarruri" şeiri ispan xalqının faşizmə qarşı qəhrəmanlıq mübarizəsinə həsr olunub. "Cəmilə" şeiri Əlcəzair xalqının milli azadlıq mübarizəsinə həsr olunmuş qüvvətli lirik əsərlərdəndir.

 

Məhsəti Gəncəvinin rübailərini, Evripidin "İfigeniya", Fridrix Şillerin "Məkr və məhəbbət", Anton Çexovun "Vanya dayı", "Albalı bağı" dramalarını, E. L. Voyniçin "Ovod", O. Qonçarın "Bayraqdarlar" romanlarını, Əlişir Nəvai, Aleksandr Puşkin, Mixail Lermontov, Taras Şevçenko, Ş. Petöfi, A. Mitskeviç, A. Sereteli və başqalarının əsərlərini tərcümə etmişdir. Əsərləri xarici dillərə tərcümə olunub.

 

- Təbiət mənzərələri, mənəvi zənginlik, vətənpərvərlik, sülh, demokratiya, azadlıq ideyaları tərənnüm olunan kitabları

 

Şeirlər

Dənizin səsi gəlir

İşıqlı dünyam

Günəşdən gənclik istədim

Həzin bir axşamda düşsən yadıma

Şanlı nəsillərin yadigarısan

 

- Müharibə movzusuna və müharibə əleyhinə həsr olunan kitabları

 

Zəfər nəğməsi

Şeirlər

Anaların səsi

Yol xatirələri, Avropa ətrafında səyahət gündəliyindən

 

- Uşaqlar üçün yazdığı kitablar

 

Balaca qəhrəman

Günəşin cavabı

Məstanın balaları

Bizə bahar yaraşır

 

Mükafatları

 

1. "Şərəf nişanı" ordeni

2. "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adı

3. Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı

4. "Azərbaycan SSR xalq şairəsi" fəxri adı

 

O, 1981-ci il 9 iyulda Bakı şəhərində vəfat edib. Məzarı II Fəxri Xiyabandadır.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(09.07.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.