“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Ərdəbildə yaşayan Müjqan Siyamidir.
Müjqan Siyami
Ərdəbil
I
Buludların da bağrını yardılar bombalar!
Narın-narın parçalanıb dağıldılar buludlar!
Yağdılar-yağdılar
Bombalar, buludlar.
Döndü yer kürəsi
Dağınıq bir dağarcığa.
Qan qusdu,
Qocaman dəyirmançının
Qənim könlü!
II
Anam,
Xalı iplərini dara çəkir,
Məhkəmə isə ziyalıları.
Anamın ədalətindən gül bitir
Onlarınkından qəbir!..
“Ədəbiyyat və incəsənət”
(06.05.2025)