BİR ŞAİR, BİR ŞEİR – Nurlana İşıq, “Bircə, Allahdan küsmə” Featured

“Ədəbiyyat və incəsənət” portalının Bir şair, bir şeir rubrikasında bu gün sizlərə Nurlana İşığın “Bircə, Allahdan küsmə” şeiri təqdim edilir.

 

BİRCƏ, ALLAHDAN KÜSMƏ...

11- ci sinif şagirdi Romanın əziz xatirəsinə ithaf olunur

 

Ana, bu gün necəsən?

Darıxdınmı mənimçün?

Şəkillərə baxdınmı?

Bəs göy üzünə necə?

Quşları dinlədinmi?

Buludları saydınmı?

Roman olmuşam, ana,

Əbədi yaşamaqçün.

Səsim

quş nəğməsində

yarpaq xışıltısında,

dənizlər dalğasında...

Ana,

saçının hər telinə

qoxumu buraxmışam

onları çox əzizlə...

İnan mənə, anacan!

Ruhum izləyir səni.

Məni axtar Günəşdə

Gecələr Ayda axtar

Yağışın damlasında,

Çiçəyin toxumunda,

Gecənin ulduzunda,

Səhərlərin şehində

Axtar məni...

Roman olmuşam

Həm də...

Dünyanın hər yerindən,

Oxuna bilirəm mən.

Yetər ki sən məni gör!

Görərkən də gülümsə.

Küsmə, ana, Allahdan,

Onu tanıyıram mən.

Söz verib ki, ən gözəl

Barış sonda gələcək.

Mənə qovuşacaqsan

Əlindən tutacağam

Onda roman bitəcək.

Hələ bitməyib heç nə...

Bircə, Allahdan küsmə,

Səmaya bax, gülümsə.

 

“Ədəbiyyat və incəsənət”

(06.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.