“Ədəbiyyat və incəsənət” portalı Dünya Ədəbiyyatı bölümündə sizlərə türk şairi Müesser Yeniayın şeirlərini təqdim edir. Şeirləri dilimizə Ümid Nəccari uyğunlaşdırıb.
Müesser Yeniay1984-cü ildə İzmirdə anadan olub. Ege Universitetinin İngilis Dili və Ədəbiyyatı və Bilkent Universitetinin Türk Ədəbiyyatı fakültələrini bitirib. Müesser Homeros Atilla İlhan (2007), Ali Rıza Ertan (2009) və Enver Gökçe (2013) kimi tanınmış ədəbi mükafatların lauratıdır.
“Dibine düşür qaranlıq da”, “Yeniden çəkdim göyü”, “Mən Olmadan Çöllər Vardı” adlı kitabların müəllifidir. O, bir çox tanınmış dünya şairlərinin kitablarını türk dilinə tərcümə edib. O, şeir festivallarının iştirakçısı, ABŞ, Honq Konq və Belçikada qonaq yazıçı olaraq ədəbiyyat festivallarında ölkəsini təmsil edib.
Müesser hazırda “Şiirdən” jurnalının redaktorlarından biri kimi fəaliyyət göstərir.
Bətnə dönüş
Orada dünya
Burda mən varam
damlayan kəzzab kimi
Gözlərimdə görüntülər var
Baxıram.
İndi bıçaq dedikləri
anlatır sümüklərimə dayanmadan
kor dili ilə
Mən bu dünyanı sevmədim
Təbiətdə bir çiçəyin bətninə
geri dönməliyəm.
Yerdən kənar
İt səsləri, şüşə qırıqları
kimi yağdı gecəyə
Öz-özümün ətrafında dönüb durdum
günlər boyumdan qısa
Şeiri qılınc kimi tutdum
güllə yağışı altında
Səslər meşəni gecə
yaramı ortaya sərirəm
İçimdəki qəbilələr hələ də
yanğın ətrafında
Dünyaya düşərkən
Bir ulduzdan asılı qalmalıyam.
Çəhrayi
Ağlım beş qarış havada
özümü tutub ayaqlarımdan
yerə enirəm
Bir pişiyim var
Məndən üstün xüsusiyyətləri var.
Bilirəm quyruqlu ulduzda yaşamırıq
-bəlkə kömür qazanında.
yer yağlı pendir kimi yapışqan
insanlardan sanki insan deyildim
qaçıram...
Çünki tozum çəhrayı rəngdə səpələnmişdi
gözlərimi yumanda hər gün.
Nərgiz
Nərgiz mövsümüdür İzmirdə
amansız, ağlasığmaz.
Vaxt, keçdi
İndi zamanın xam halıdır.
Qoxlayınca yaxşılaşdırdı
ürəyim hardasa qırılan yerini
Çiçəklər içində sözü keçən biri
itkilərin də qoxusu var.
“Ədəbiyyat və incəsənət”
(06.05.2025)