Mədəni həyatına bol rəng qatılan Naxçıvanda yeni müsabiqə Featured

Fariz Əhmədov

“Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi

 

Ulu diyarın mədəni həyatı son günlər xeyli rəngarəng olub. Noyabrın 6-da isə növbəti tədbir diqqət mərkəzinə düşüb - Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Dəmir yumruğun nağılı” yazı müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Müsabiqə Muxtar Respublikanın mədəniyyət naziri səlahiyyətlərini icra edən Fazil Məmmədovun iştirakı ilə keçirilən mərasimdəqeyd olunub ki, müsabiqəyə 18 əsər təqdim olunub, onların da müəlliflərindən 16-sı muxtar respublika, 1-i Gəncə şəhər, 1-i isə Bərdə rayon sakinidir.

Təqdim olunan əsərlər 5 nəfərdən ibarət Münsiflər Heyəti tərəfindən qiymətləndirilib.

Yekun qərara əsasən ilk 3 yerin qalibləri aşağıdakılar olublar:

 

1-ci yer:

Abbasov Alməmməd Eldar oğlu,

Azərbaycan Yazıçılar Birliyinin üzvü.

2-ci yer:

Fariz Məhəmməd oğlu Əhmədov,

“Məktəbli” qəzetinin baş redaktoru, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi.

3-cü yer:

Hicranə Əflatun qızı Əhmədova,

Naxçıvan Dövlət Universitetinin tələbəsi.

 

Qaliblərə müvafiq diplom və pul mükafatı Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təqdim edilib.

Müsabiqənin məqsədi “Dəmir yumruq” rəmzinin ifadə etdiyi milli birlik, həmrəylik, dövlətçilik və qələbə ruhunun uşaqlara bədii əsərlər vasitəsilə aşılanmasıdır. Eyni zamanda, müsabiqədə yer tutan əsərlərin gələcəkdə dərsliklərə daxil edilməsi, məktəblərdə tədris və təbliğ olunması gözlənilir.

 

 

Növbəti gün Fariz Əhmədova uğur gətirən hekayəni sizlərə təqdim edəcəyik.

 

“Ədəbiyyat və incəsənət”

(12.11.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.