Şəhid ruhuna ehtiramla yazılmış kitab Featured

Rəşid Nurməmmədov,

Azərbaycan Respublikasının Əməkdar müəllimi, tarixçi.

“Ədəbiyyat və incəsənət”

Zəfər bayramı ərəfəsində “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi, Azərbaycan Respublikasının Əməkdar müəllimi İ.Verdiyevin və Ə.Qafarqızının “Yaqublu və Yenikənd şəhidləri” adlı kitabı çapdan çıxmışdır.

Bu kitab Oğuz rayonunun Yaqublu İnzibati Ərazi Dairəsinə daxil olan Yaqublu və Yenikənd kəndlərindən Qarabağ uğrunda müqəddəs savaşda Vətən, torpaq, bayraq uğrunda canlarından keçmiş igid oğullarımızın – şəhidlərimizin ruhuna ehtiramla yazılmışdır.   

Kitabda müqəddəs şəhidlərimizdən Tofiq Rzayev (Tofiq Oğuz), Tale Babayev, Nüsrət Süleymanov və Cumar Allahverdiyevin həyat və qəhrəmanlıqlarla dolu döyüş yolları haqqında ətraflı məlumat verilir.

Şəhidlər keçmişimiz deyil, onlar bizim gələcəyimizdir. Onlar bizə yalnız azad edilmiş torpaqlar, qalib bir ölkə qoyub getmədilər; onlar bizə böyük bir məsuliyyət əmanət etdilər. Bu əmanət  Vətəni sevmək, onu qorumaq, inkişaf etdirmək və şəhidlərin ruhuna layiq bir cəmiyyət qurmaq əmanətidir. Şəhidlər ölümsüzlərdir, onlar Vətənin daşına, torpağına, bayrağına və millətin əbədi yaddaşına çevrilərək həmişə bizimlə qalacaqlar!

Bu kitab onların ömürlərinin yaddaşlarda əbədi yaşadılması cəhdidir. Buradakı hər adın arxasında bir insan taleyi, hər talenin arxasında bir ailənin ağrısı, hər ağrının arxasında isə böyük bir Vətən sevgisi dayanır. Kitabın səhifələrində yalnız sadə və adi döyüşçülərdən deyil, Vətən naminə ən qiymətli varlığını – canını qurban verən oğullardan söhbət açılır. Onları yaşatmaq – Vətənin yaddaşını yaşatmaqdır.

İnanırıq ki, “Yaqublu və Yenikənd şəhidləri” kitabında qələmə alınanlar müqəddəs şəhidlərimizin ömür yolunu gələcək nəsillərə çatdıracaq, gənclərimiz Vətən sevgisinin, sədaqətin və mərdliyin əsl mənasını onların həyatlarından öyrənəcəklər.

“Ədəbiyyat və incəsənət”

(10.11.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.